Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahsına əldə etmişdir

Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahsına əldə etmişdir
15 oktyabr 2003-cü ildə Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.
İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısının qarşısına qoyduğu məqsədlərdən biri də o olmuşdur ki, Azərbaycan Bayrağı işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın.
30 ilə yaxın torpaqlarımız erməni vandallarının işğalı altında olsa da, nəhayət ki, 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi, Ali Baş Komandan İlham Əliyevin "Dəmir Yumruq" əməliyyatı nəticəsində torpaqlarımız öz azadlığına qovuşdu. Qürurla deyə bilərik ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır.
Belə qürur verici məqamlardan biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 oktyabr 2023-cü ildə Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırmasıdır.
Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahsına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq.
Bir dövlətin cənab İlham Əliyev kimi Prezidenti olduqca, üçrəngli bayrağım dalğalandıqca, Azərbaycan xalqı bu üçrəngli bayrağın altında birləşdikcə, heç bir düşmən bu xalqa, bu millətə qalib gələ bilməz!


Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Sitarə Vəliyeva

Oxşar xəbərlər