Azərbaycan dili bugün 50 milyondan çox insanın ana dilidir. Tarixin ən çətin dönəmlərində, müstəqilliyimizin olmadığı dövrlərdə bizi bir xalq kimi assimilyasiya olmaqdan, öz milli kimliyimizi itirməkdən qoruyan ən önəmli ünsürlərdən biri də məhz ana dilimiz, Azərbaycan dilidir.
Tarixi keçmişə nəzər salsaq, yad təsirlərə məruz qalan dilimiz xalqın milli özünüdərkin, milli birliyin sayəsində qorunub saxlanılmışdır. Bu prosesdə dövlət xadimlərimizin, ziyalılarımızın böyük xidmətləri olmuşdur.
Ümumimilli lider Heydər Əliyevin Azərbaycan dilinin yüksək səviyyəyə gəlib çatmasında misilsiz xidmətləri olmuşdur. Hələ SSR-i dövründə dil məsələlərində ziyalıların təzyiqlərə, məhdudiyyətlərə məruz qalmasına baxmayaraq Ümummilli lider Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman qətiyyələ qorumağı bacarmışdır.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin təkmilləşdirliməsi, inkişaf etdirlməsi, qorunması hər zaman diqqət mərkəzində olmuşdur. 1995-ci ildə xalqın səsverməsi yolu ilə qəbul olunan Konustitusiyanın 21-ci maddəsində “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” öz əksini tapmışdır.
Ümumimilli liderin təşəbbüsü ilə 2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Ümumimilli lider Heydər Əliyev siyasətinin davamçısı, Prezident İlham Əliyev bütün çətinliklərə, yaradılan maneələrə baxmayaraq ana dilimizin qorunması siyasətini uğurla davam etdirir. Prezidentin 2004-cü il yanavarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” imzaladığı sərəncam Əlifba ilə bağlı bütün problemləri həll etmiş oldu. Ölkə rəhbərinin bu və bu kimi verdiyi hər bir qərar, imzaladığı hər bir sərəncam Azərbaycan dilinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ana dilini xarici arenalarda, dünyanın ən mötəbər tədbirlərində dinləmək qürurvericidir. Hər bir xalqın dili sadəcə onun ünsiyyət vasitəsi deyil, onun mədəniyyəti, ədəbiyyatıdır. Azərbaycan dili fonetikası, qrammatikası baxımından dünyanın zəngin dilləri sırasındadır. Son vaxtlar yüzlərlə söz leksikonumuza, danışıq dilimizə daxil olur. Bu da dilimizin dəyişməsinə səbəb olur. Azərbaycan dilinin orijinallığını qorumaq, dilimizin genefonduna gələcək hər bir zərərin qarşısını almaq yaşadığı ölkədən asılı olmayaraq hər bir azərbaycanlının müqəddəs borcu olmalıdır.
Bakıxanov qəsəbəsi, 96 №-li tam orta məktəbin
Coğrafiya müəllimi Aytən Məmmədova