Dayanıqlı inkişafın təmin edilməsi, iqtisadi tərəqqini ekoloji tarazlıqla uzlaşdıraraq gələcək nəsillərin ehtiyaclarını təmin edən, yoxsulluğa son qoyulması, aclıqla mübarizə, sağlamlıq, təhsil, gender bərabərliyi, təmiz su və sanitariya, davamlı enerji, layiqli əmək, innovasiya, bərabərsizliklərin azaldılması, davamlı şəhərlər, məsuliyyətli istehlak, iqlim dəyişikliyi ilə mübarizə və sülhün təmin edilməsini əhatə edən dövlətçilik ənənlərimizin bünövrəsi 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici və daxili siyasəti nəticəsində təmin edilmişdir.
Bu prosesin önəmli mərhələlərindən biri də humanizim prinsipləri,insanpərvərlilik və insan resurslarının düzgün yetişdirilməsidir.Hər il keçirilən Amnistiya aktları da bu qəbildən hesab edilməlidir.
Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir.
Prezident İlham Əliyevin Amnistiya elan edilməsi təşəbbüsü ölkəmizdə böyük rəğbətlə qarşılanıb. Dövlət başçımızın bu təşəbbüsü onun humanizm və sosial ədalət prinsiplərihə sadiqliyinin növbəti nümunəsidir.
Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı vaxtdan indiyədək humanizm onun həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir. Son 22 ildə həyata keçirilən siyasi kursun əsas amillərindən biri də insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləridir. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib. Dövlətimizin başçısı bu ənənələrinə sadiqliyini nümayiş etdirərək 15 dekabr 2025-ci ildə Amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Prezident bu təşəbbüsü irəli sürərkən, ilk növbədə, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi Qələbəsi olduğunu nəzərə alıb. Dövlətimizin başçısı, eyni zamanda, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edirik.
Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.
Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Amnistiyanın şamil olunacağı şəxslər Azərbaycan cəmiyyətinə inteqrasiyası və dövlətə və dövlətçiliyə sadiqliyinə inanır və bu təşəbbüsün Azərbaycan xalqının prezidentimizin ətrafinda sıx birləşməsinə xidmət edəcəyinə ümid bəsləyirik.
Nəzərə almaq lazımdır ki bu humanist addım Müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya təşəbbüsüdür.
Ə.Vahid adına 293 nömrəli tam orta məktəbin
tarix müəllimi: Nuriyev Vüqar Vahab