SSRİ konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsini təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Azərbaycan Respublikasının rəhbəri olan Ulu öndər Heydər Əliyev bütün bunlara baxmayaraq, dil məsələsində öz mövqeyini çox cəsarətlə və qətiyyətlə bildirmişdir.
Tarixi təşəbbüs: 1978-ci il aprelin 2-də Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında ulu öndər H.Əliyevin təklifilə 73-cü maddənin “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” kimi vermək təklif olunmuşdur. H.Əliyevin bu təklifi 1978-ci il 21 aprel tarixində qəbul olunmuş və Azərbaycan SSR konstitusiyasında öz əksini tapmışdır.
Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdən olub, dövlət rəmzlərimiz kimi müqəddəsdir.
Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummili Lider Azərbaycan dilinın adını özümüzə qaytarmışdır. Geniş 1995-ci ildə ümumixalq səsverməsi yolu ilə qəbul olnumuş Konustitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmış, ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.
Ulu öndər H.Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair imza atmışdır. 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Sözü gedən fərmanla Azərbaycan Prezidenti yanında dövlət Dil komissiyası yaradılmışdır. 2001-ci il 9 avqust tarixli fərmana əsasən isə, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. 2002-ci il 30 sentyabr tarixli Azərbaycan Respublikasında dövlət dili haqqında qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyini başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dövlət dili ilə bağlı milli-mədəni özünü ifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Maştağa qəsəbəsi, 128 saylı tam orta məktəbin
tarix müəllimi İsfəndiyar Cəfərov