Azərbaycan xalqının müdrük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyev demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
Hər bir xalqın, hər bir millətin var olmasının ən əsas amillərindən biri özünəməxsus dilinin olmasıdır. Hər bir toplum hər bir xalq məhz Ana dili vasitəsi ilə özünün varlığını sübut edir, təsdiq edir və yaşadır. Dahi şəxsiyyət, ümummilli liderimizin də dediyi kimi, hər bir xalq öz dili ilə yaranır. Biz bu gün həqiqətən də fəxrlə deyə bilərik ki, bizim qədim bir xalq kimi dərin tarixi kökləri olan öz dilimiz, tariximiz, mədəniyyətimiz var. Bu gün 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan neçə-neçə şairlər, alimlər, siyasətçilər, dahilər yetişdirib. Biz bu gün bu dil ilə dünya tarixinə, dünya mədəniyyətinə öz sözümüzü demişik, kimliyimizi sübut etmişik, bu dil ilə dünyaya müstəqilliyimizin əbədi, dönməz və daimi olduğunu elan etmişik. Azərbaycanda son illərdə bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişaf etdirilməsində, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri danılmazdır.
Heydər Əliyev ana dili ilə bağlı dövlət siyasətinin təməlini ölkəmizin hələ müstəqilliyindən əvvəlki sövetlər birliyinin tərkibində olduğu illərdən qoymuşdur. Hələ sovetlər birliyinin tərkibində müttəfiq respublika olduğumuz bir vaxtda, 1978-ci ildə Azərbaycan SSR-in konistitusiyasında Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir maddəsinin daxil edilməsi o dövr üçün böyük cəsarət tələb edirdi və eyni zamanda, milli kimliyimizin və ana dilimizin qorunması naminə atılan çox böyük bir addım idi. Ulu öndərin ana dilimizin qorunub-saxlanılması məqsədilə həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsində hələ keçən əsrin 70-ci illərində respublikamızda ana dilimizin hərtərəfli olaraq tədqiqi ilə bağlı bir sıra vacib elmi tədqiqat işləri həyata keçirilmişdir.
Ulu Öndər Heydər Əliyevin ana dilimizə olan bu sonsuz sevgi və qayğısı və o dövr üçün dilimizin qorunub-saxlanılması məqsədilə bu cəsarətli addımı xalqın müxtəlif təbəqələri arasında çox böyük rəğbətlə qarşılanmışdır. Ulu Öndər Azərbaycanda yenidən siyasi hakimiyyətə gəldikdən sonra qarşıya çıxan bir çox təxirəsalınmaz məsəllələrin həlli ilə yanaşı, ana dilimizin tədqiqi və inkişafı ilə bağlı tədbirlərin də həyata keçirilməsi məqsədilə öz tapşırıqlarını vermiş Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalamışdır. Məhz ümummilli liderimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilmişdir. 2001-ci ilin iyul ayında Ulu Öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamış, daha sonra isə 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunmuşdur.
Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dilimizə, milli adət-ənənələrimizə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına daim çox böyük həssaslıqla yanaşır. Dövlət başçımızın 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımdır. Vətənpərvər xalqımız dilimizin incəliklərini və milli adət-ənənələrimizin qorunub saxlanılması uğrunda daim gərgin mübarizə aparmışdır. Bu gün bunun nəticəsi olaraq dilimiz özünün saflığını, qədimiliyini qoruyub saxlamış, xalqımız isə öz milli adət ənənələrini uğurla davam etdirərək dünyaya təbliğ edir
Sabunçu rayonu, 68 №-li tam orta məktəbin
Direktor müavini Asiman Paşayev