Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir

Azərbaycan dilinə dövlət dili  statusunun verilməsi  Ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir
Aqillər deyib ki, xalqın, millətin nəyini əlindən alırsansa al, o, yaşayacaqdır. Dilini əlindən alsan, o milli varlıqını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri-ingilis, alman, fransız, rus və s. dilləri öyrənməklə yanaşı ilk növbədə öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi.
Azərbaycan dilinin inkişafından, qorunmasından danışarkən Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi zamanı dil məsələsinə necə həssaslıqla yanaşmasının bir daha şahidi olduq. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümümxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsilə Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.
Azərbaycan dilinin inkişafı, onun təbliğinin genişləndirilməsi və kənar təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Ümummilli lider Heydər Əliyevin yeritdiyi siyasəti bu gün onun siyasi kursunun layiqli davamçısı cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan xalqı, Azərbaycan dili var olduqca, Ümummilli lider Heydər Əliyevdə də var olacaq, daim qəlbimizdə yaşayacaqdır.


Ramana qəsəbəsi,198 nömrəli məktəbin
tarix müəllimi Lalə Qiyasova



Oxşar xəbərlər