Dil hər bir millətin varlığının əsas göstəricisidir. Buna görə də hər bir xalq öz dilini qoruyur, yaşadır və inkişaf etdirir. Azərbaycan xalqı da neçə yüz illərdir ki, öz müqəddəs sərvətini qoruyaraq yaşadır. Bu dil böyük inkişaf tarixi keçmiş qədim türk dillərindən biri, 50 milyondan çox insanın ünsiyyət vasitəsidir. Azərbaycan müxtəlif illərdə istilalara məruz qalsa da, xalqımız öz dilini inkişaf etdirərək mükəmməl dil səviyyəsinə qaldıra bilmişdir.
Azərbaycan dili ilk dəfə 1918-ci ildə AXC hökumətinin qərarı ilə dövlət dili elan edilmişdir. Qısa vaxt ərzində dilin inkişafı ilə bağlı mühüm addımlar atılmışdır. Buna təhsil müəssisələrində tədrisin ana dilində aparılması, ordu dilinin Azərbaycan dili olduğu barədə əmrin verilməsini nümunə göstərmək olar.
Azərbaycan dilinin növbəti inkişaf dövrü müstəqilliyin bərpasından sonrakı dövrü əhatə edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bu dövrdə ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin qorunub saxlanması və inkişafı istiqamətində böyük işlər görmüşdür. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr olunan kitabların tirajlarının çoxaldılması ana dilinin inkişaf etdirilməsi məqsədi daşıyırdı. Bu istiqamətdə vacib addımlardan biri 18 iyun 2001-ci ildə “Dövlət dilinin təbliği işinin təkmilləşdirilməsi haqqında” fərmanın imzalanması olmuşdur. Fərmana əsasən Azərbaycan dilinin əvvəlki 10 il ərzində təbliği vəziyyəti araşdırılmış, nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə tapşırıqlar verilmişdir. Heydər Əliyev 2001-ci il avqustun 9-da isə “ Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzaladı. Həmin fərmanda deyilir: “Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin.
Prezident İlham Əliyevin ana dilinin maneəsiz işləkliyi üçün gördüyü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəldilməsinə xidmət edir. Prezidentin 12 yanvar 2004-cü il “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı, 14 yanvar 2004-cü il “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərancamı ana dilinin həyatımızın bütün səhələrində tətbiqini reallaşdırmışdır.
Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Çiçək Daşdəmirova