Tarix səhnəsində bir dövlətin parçalanması, digər bir dövlətin tərkibinə daxil olması, müstəmləkəyə çevrilməsi kimi bir sıra faktların tez-tez şahidi oluruq. Lakin bir xalqın mədəniyyətini, dilini, adət-ənənəsini məhv etmək, digər dillərin və mədəniyyətlərin içində əridib yox etmək asanlıqla əmələ gələn bir proses deyil. Bir çox hallarda bu, mümkün deyil. Hər daşından, torpağından mədəniyyət, qədimlik, ululuq axan Azərbaycan da belə dövlətlərdən biridir ki, tarixin sınaqlarından üzüağ çıxmış, mərd oğulları, qızları sayəsində milli kimliyini, varlığını, dilini daim qoruyub saxlamışdır.
Azərbaycan dili türk dilləri ailəsinin oğuz dil qrupuna daxildir. Dədəm Qorqudun qopuzundan, sazından-sözündən yoğrulan, Nəsiminin, Füzulinin qəzəllərində qüvvətlənən, Xətainin qılıncından güc alıb dövlət dili kimi qüdrətlənən dilim əsrlər boyu yaşamış, dövlətin varlığını sübut edən rəmzlərdən biri kimi formalaşmışdır.
XX əsrin ortalarından başlayaraq dilimizin qorunması, hərtərəfli inkişafı, dövlət dili səviyyəsinə qalxması, siyasi müstəvidə təbliği, ən mötəbər tribunalardan eşidilməsi məhz Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Milli dillərin sıxışdırıldığı, Sovet İmperiyası tərəfindən irəli sürülən “vahid dil” ideyasının tüğyan etdiyi bir dövrdə belə bir missiyanın icrası böyük cəsarət və siyasi iradə tələb edirdi. 1978-ci il aprelin 2-də Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyev tərəfindən 73-cü maddəni bu redaksiyada vermək təklif olunmuşdu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. H.Əliyevin bu təşəbbüsü qəbul olunmuş və Azərbaycan dilinə dövlət dili statusu verilmişdi. Eyni zamanda hər bir vətəndaşa öz dilində təhsil almaq hüququnun verilməsi tələbi Azərbaycan dilinin yayılması və inkişafına yönəlmişdi.
Azərbaycanda dilçi alimlərə xüsusi diqqət, qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və dilimizin Azərbaycan dili adlandırılması Ümummilli Liderin dilimizin inkişafina verdiyi önəmin bariz nümunəsi idi. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində də Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.
Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Elə bu fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.
“Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik”, - deyən Ulu Öndər dilimizin inkişafı yolunda növbəti addım kimi 2001-ci il 9 avqustda fərman imzalamışdır. Həmin fərmana əsasən isə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.
Hazırda Heydər Əliyevin çoxşaxəli siyasəti onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin
müəllimi Vüsalə Allahverdiyeva