Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olan məkan kimi hər zaman dünyanın diqqət mərkəzində olub. Bununla belə, respublikamızda neft sənayesinin inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Həm sovet dönəmində, həm də müstəqillik illərində Ulu Öndərimiz Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bu sahənin inkişafına xüsusi diqqət göstərib. Bu gün xalqımız və dövlətimiz Ulu Öndərimizin əsasını qoyduğu neft strategiyasının, “Əsrin müqaviləsi”nin bəhrələrini görməkdədir. Prezidentimiz cənab İlham Əliyev neft strategiyasını uğurla davam etdirərək ölkəmizin dinamik inkişafını təmin edib.
Son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu neft strategiyasının davamı olaraq bir sıra neft və qaz müqavilələri imzalanıb. İmzalanan bu müqavilələr ölkəmizin iqtisadi qüdrətinin artmasına, eləcə də əhalinin rifah halının yüksəlməsinə xidmət edir. Yanvarın 21-də Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanması da bu baxımdan böyük əhəmiyyətə malikdir. Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib. Uzun illər aparılan danışıqlar, Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci ildə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb.
Azərbaycanla Türkmənistan arasında imzalanmış bu sənəd də Xəzərin bir dostluq və əməkdaşlıq dənizi olduğunu bir daha təsdiqləyir. Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Memorandumun imzalanması tarixi hadisədir və düşünürəm ki, bu hadisə Azərbaycanın neft-qaz strategiyasının inkişafında mühüm rol oynayacaq. Bu layihənin reallaşması neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önəmli addımdır.
Fərhad Cəfərquliyev-Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aqreqat İstehsalat Birliyinin baş direktoru