Cari ilin aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Anlaşma Memorandumunun imzalanma mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu gün imzalanan memorandum Azərbaycana Avropaya daha çox qaz tədarük etmək imkanı verəcək.
Dövlət başçısı xatırladıb ki, ötən ilin iyul ayında imzalanmış Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu Azərbaycandan Avropaya qaz tədarükünü artırmağa imkan verəcək.
Bolqarıstanın “BTA” milli xəbər agentliyi, “Utro¬Ruse”, “Novini247” saytları isə yazıb ki, Bolqarıstan və Azərbaycan prezident¬ləri Rumen Radev və İlham Əliyevin iştirakı ilə Sofiyada Avropa İttifaqına təbii qaz tədarükünün təhlükəsizliyi¬nin artırılması məqsədilə anlaşma im¬zalanıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı Rumen Radevin dəvəti ilə Bolqarıs¬tanda səfərdədir. Agentliyin xəbərində Bolqarıstan Prezidenti Rumen Radevin tədbirdə söylədiyi fikirlərə də yer veri¬lib. Prezident deyib ki, Azərbaycan tək¬cə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşıdır. O qeyd edib ki, bu gün imzalanan memoran¬dum iki ölkə arasında tərəfdaşlığı güc¬ləndirir və yeni imkanların aşkarlanma¬sına yönəlib.
Bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Bu gün Enerji Komissarı xanım Simsonun, Avropa Komissiyasının digər rəsmilərinin və dostlarımızın artıq qeyd etdiyi kimi, Azərbaycan Avropanın, mən deyərdim ki, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Sizə məlumat vermək istəyirəm ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov