Hər bir millətin mənəvi zənginliyi onun ana dilində təcəssüm olunur.Azərbaycan dili çox dərin və zəngin bir dildir, onun dərin tarixi kökləri var. Her bir insan öz ana dilini sevməli və bu dildə danışmaqdan qürur duymalıdır.
Ümummilli lider Heydər Əliyev də hər zaman Azərbaycan dilinə yüksək diqqət göstərmiş, onun qorunub,inkşaf etdirilməsinə önəm vermişdir. O böyük şəxsiyyət ana dilimizi “mənəvi zənginliyimiz” adlandırırdı. Ulu öndər H.Əliyev demişdir: “ Xalqın, millətin nəyini əlindən alırsan al, o yaşayacaq. Dilini əlindən alsan, o, milli varlığını itirər, yox olar ”.
Dil millətin mənəviyyat bayrağı, milli mənlik şüurudur. Dil yoxdursa xalq da yoxdur.
Məlumdurki, SSR-i dövründə bir çox sahələrdə oldugu kimi dil azadlıqımız da öz hüququnu itirmişdi.Ana dilimiz yalnız Ulu Öndərin Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra yenidən dirçəldi. H.Əliyev haqlı olaraq bildirirdi ki, dilimiz bizi keçmişdə də, indi də, gələcəkdə də bir yumruq kimi birləşdirəcək. Ana dilimizin türkdilli xalqlar ailəsinə mənsub olmasını dəfələrlə vurğulayan Ümummilli lider H.Əliyev, dahi şair M.Füzulinin Azərbaycan dilində yazıb yaratmasına yüksək qiymət vermiş və bunu dilimizin tarixi köklərinin araşdırılmasında mühüm qiymətləndirmişdir.
Daima gənc nəslə düzgün yol göstərən Ulu Öndərimiz onlara hər zaman tariximizi, mədəniyyətimizi, dini dəyərlərimizi və ən əsası ana dilimizi qoruyub-saxlamağı məsləhət görmüşdür. Azərbaycan dili öz zənginliyi və üslubu ilə hər zaman dünyada seçilmiş dillərdən biri olaraq qalacaqdır.
Bakıxanov qəsəbəsi, 252 saylı məktəb-liseyin
İngilis dili müəllimi Şəhla Abdullayeva