Bu gün respublikamızın sürətlə inkişafı Ümummilli liderimiz Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrün davamıdır. Onun o dövrlərdə gördüyü işlər Azərbaycan xalqının milli özünüdərki, insanların keçmiş ideoloji sistemin əsarətindən xilas olmağa, Azərbaycan xalqının tarixi yaddaşına qaydışına, milli ruhun yüksəlişinə, Azərbaycan xalqının qəlbində illərdi yığılıb qalmış milli dövlətçilik ideyasının inkişafına qüvvət vermiş və xalqın bugünkü inkişafına zəmin yaratmışdı. Ümummilli Lider Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəni davam etdirirdi.. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi.
Bu böyük şəxsiyyətin Azərbaycan dilinə olan yanaşması və ana dili haqqında məntiqli fikirləri hər kəsi bir daha ana dilini daha dərindən öyrənməyə, öz dilinə sahib çıxmağa, işlədiyi sahədən asılı olmayaraq öz dilinin inkişafı üçün əlindən gələni etməyə, dövlət və ümumxalq dilini sevməyə çağırır, dövlət dili haqqındakı qanunlara riayət etməyə səsləyir.
Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
Tarix müəllimi Mədinə Qafarova