Zamanın nəbzini tutması, meydana çıxan çağırışlara adekvat siyasi xətt müəyyənləşdirməsi Prezident İlham Əliyevin üstün keyfiyyətlərindəndir

Zamanın nəbzini tutması, meydana çıxan çağırışlara adekvat siyasi xətt müəyyənləşdirməsi Prezident İlham Əliyevin üstün keyfiyyətlərindəndir


Müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlər və situasiyalarla qarşılaşan Azərbaycan xalqı əzmkarlıq və vahidlik nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin etmişdir. Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev olmuşdur. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. O öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatlayıb. Təsadüfi deyil ki, 2003-2018-ci illər Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.
Zamanın nəbzini tutması, meydana çıxan çağırışlara adekvat siyasi xətt müəyyənləşdirməsi Prezident İlham Əliyevin üstün keyfiyyətlərindəndir. Onun mütəmadi olaraq praqmatik yanaşmalar sərgiləməsi son 14 ildə Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafını təmin edib. Deyilənlər baxımından yeni şəraitdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən islahatların önəmini xüsusi qeyd etmək lazımdır. Bu islahatların əhatə dairəsinə ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir.
Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artması ilə ifadə olunur. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular göstərir ki, Prezident İlham Əliyevin fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Göründüyü kimi, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictaimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı prespektiv tərəqqinin əsası kimi dəyərləndirir. Bu gün hər bir Azərbaycan vətəndaşı iqtidarın siyasi kursunun alternativsiz olduğunu bildirir. Bütövlükdə ölkə əhalisi arasında aparılan sosioloji tədqiqat və sorğuların nəticələri Azərbaycanda vətəndaşlarının dövlət başçısının rəhbərliyi ilə keçirilən siyasətə mütləq inam və etimad bəslədiyini göstərir.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Çiçək Daşdəmirova

Oxşar xəbərlər