Son 17 ildə Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev ilk gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürərək elmin-təhsilin-yeni texnologiyaların vəhdətliyinin yaradılması fonunda dayanıqlı inkişafın təmin edilməsini qarşıya əsas hədəf kimi qoydu. Möhtərəm Prezidentimiz dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə istinad edərək bildirir ki, həmin ölkələrə diqqət yetirsək görərik ki, onları irəli aparan elmdir, bilikdir, yeni texnologiyalardır. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşıb. Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqı kimi tanınır. Təbii ki, ölkəsini irəli aparan, dünyada nümunəvi ölkə kimi tanıdan, xalqının yüksək rifah şəraitində yaşamasına çalışan Liderin ətrafında xalq dəmir yumruq kimi birləşəcək, gələcəyə böyük inamla irəliləyəcək.
4 günlük İkinci Qarabağ müharibəsi haqqı, ədaləti bərpa etməklə yanaşı, Azərbaycanın bu illər ərzində böyük güc topladığına da işıq saldı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazmaqla yeni reallıqları yaratdı. Regionda yeni əməkdaşlıq formatlarının yaradılması da bu tərkibdəndir. Dövrün yeni reallıqları yeni inkişaf modelinin formalaşdırılmasını, inkişaf strategiyasının təkmilləşdirilməsini bir zərurətə çevirir. Dünyaya səs salan "ASAN xidmət", ABAD, DOST kimi Azərbaycan brendləri ölkəmizin idarəetmə sistemində yeniliyə, müasirliyə, təkmilləşməyə nə dərəcədə açıq olduğunu nümayiş etdirir. Bu layihələr şəffaflığın artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğurlu icrası hədəflərin reallaşmasını təmin etdi. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevirmək, 3 dəfədən çox artan ümumi daxili məhsulun daha 2 dəfə artırılmasına nail olmaq hədəflərimiz sırasındandır. Bir sözlə, 2020-ci ilədək dövr üçün ölkənin perspektiv inkişaf hədəf və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə təsdiqlənən İnkişaf Konsepsiyasının uğurlu icrası, həmçinin Vətən müharibəsinin yaratdığı yeni reallıqlar yeni inkişaf modelinin, prioritetlərin müəyyənləşdirilməsini zərurətə çevirir. Artıq yeni dövrün reallıqları sırasında işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərinin həyata keçirilməsi dayanır.
Dövlətimizin başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq istəyimizə xidmət edəcək. Azərbaycan postpandemiya və postmüharibə dövründə keyfiyyətcə yeni və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ümumilikdə qeyd etsək, qlobal iqtisadi reallıqlar, həmçinin yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin sosial-iqtisadi inkişaf istiqamətlərinin müəyyən olunmasını tələb edir.
Azərbaycan azad edilmiş ərazilərində həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək, ölkəmiz qısa zamanda dünyanın diqqətini özünə çəkəcək, bütün işlər nəzərdə tutulan vaxtda başa çatacaq, bu torpaqlarımızın malik olduğu resurslardan səmərəli istifadə regional əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək.
Ağayev Əlihüseyn-Nardaran bələdiyyəsinin sədri