Bu gün hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirən müasir Azərbaycan Ordusunu müstəqil dövlətçiliyimizin qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır

Bu gün hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirən müasir Azərbaycan Ordusunu müstəqil dövlətçiliyimizin qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır
Hər bir ölkənin müstəqilliyinin qorunması, dünya miqyasında layiqli yer tutması, apardığı məqsədyönlü, düşündürücü mübarizənin nəticəsidir. Dövlətin suverenliyi, azadlığının qorunması üçün düzgün siyasi strategiya seçilməli, səmərəli şəkildə yerinə yetirilməlidir. Ölkədə hərbi sabitliyin bərqərar olması, milli maraqların qorunması, daxili və xarici siyasətin, iqtisadi münasibətlərin inkişafı, obyektiv və subyektiv səbəblərdən asılı olmayaraq böyük məsuliyyət tələb edir.
Azərbaycan Respublikasının qurtuluşu, inkişafı, ordu quruculuğu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O dövlətimizin tarixində müstəsna rola malik, xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş dahi şəxsiyyət, bənzərsiz dövlət xadimlərindən biridir.
Bu gün hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirən müasir Azərbaycan Ordusunu müstəqil dövlətçiliyimizin qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır. SSRİ-nin dağılmasından sonra keçmiş Ali Sovet Azərbaycan Silahlı Qüvvələrin yaradılması haqqında qərar qəbul etdi. Lakin ordu quruculuğunda ciddi qüsurlar var idi. Qısa müddətdə Ulu Öndər Heydər Əliyev tapşırığı ilə Silahli Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırıldı, hərbi hissələr və ayrı-ayrı qoşun növləri formalaşdı. Ulu Öndər ordunun gücləndirilməsi üçün zəruri qanunlar, nizamnamələr qəbul edirdi. Hərbi təhsilin modernləşdirilməsi, Silahlı Qüvvələrə hərbi kadrların hazırlanması üçün müxtəlif tədbirlər həyata keçirirdi.
Bu gün Ulu Öndərin dövlət və ordu quruculuğunu Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyevin hakimmiyyəti dövründə Azərbaycan hərbi potensialını və gücünü daha da artırıb. Azərbaycan Silahli Qüvvələri dünyanin ən güclü orduları sırasında qeyd olunur.. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan Ordusu bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir və böyük qələbələrə imza atır.
Şanlı Azərbaycan ordusu 2020-ci il 27 sentyabr tarixində başlanan 44 günlük Vətən müharibəsində böyük zəfər qazandı və bir daha öz gücünü həm dünyaya, həm də düşmənimizə sübut etdi.
VAR OLSUN AZƏRBAYCAN ORDUSU, YAŞASIN AZƏRBAYCAN!

Bakıxanov qəsəbəsi, 72 Saylı məktəb-liseyin
Tarix müəllimi Aygül Əfəndiyeva


Oxşar xəbərlər