DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV HƏRBÇİLƏRLƏ “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ORDUSU” MÖVZUSUNDA GÖRÜŞ KEÇİRİB

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV HƏRBÇİLƏRLƏ “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ORDUSU” MÖVZUSUNDA GÖRÜŞ KEÇİRİB Fevralın 27-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən N saylı hərbi hissənin əsgər və zabitləri ilə rayonun Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan Ordusu” mövzusunda görüş keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad olunub.
Görüşdə icra başçısı Əhəd Abıyev deyib: “Azərbaycan Ordusunu formalaşması müasir müstəqil dövlətimizin qurucusu, bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı uğrunda mübarizəyə həsr etmiş Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malikdir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır”.
İcra başçısı çıxışında həmçinin 44 günlük Vətən müharibəsindən söz açıb, həmin döyüşlərdə Azərbaycan Ordusunun şanlı tarix yazdığını bildirib, qazandığımız tarixi Qələbənin müəllifi olan möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb.
Əhəd Abıyev mövzunun bütün dövrlər üçün aktuallığını və hər bir Azərbaycan vətəndaşının qarşısında dayanan vəzifə olduğunu önə çəkərək qeyd edib ki, bugünkü qüdrətli, güclü, qalib Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında xidmətləri misilsizdir. Heydər Əliyevin fəaliyyəti bir məktəbdir. Hər bir Azərbaycan vətəndaşı bu məktəbi öyrənməyə borcludur. Heydər Əliyev irsi öyrənilməli, nəsildən-nəslə ötürülməlidir.
İcra başçısı Əhəd Abıyev hər birimizin hərbçilərimizlə fəxr etdiyimizi deyib, çətin və şərəfli işlərində onlara möhkəm cansağlığı, yeni uğurlar arzulayıb.
N saylı hərbi hissənin zabiti Vəlizadə Elmin isə mövzu ilə bağlı məruzə ilə çıxış edib.
Sonda “Heydər Əliyev və müstəqil Azərbaycanın ordu quruculuğu” adlı sənədli filmə baxış keçirilib.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Oxşar xəbərlər