Biz ordumuzla, əsgərimizlə fəxr edirik

Biz ordumuzla, əsgərimizlə fəxr edirik
Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan ordusunun qurucusu dövlətimizin memarı Ulu öndər Heydər Əliyevdir. Müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir.
1991-ci ilin sonlarında SSRİ-nin dağılmasından sonra öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi proseslə üzləşdi. Müstəqlliyin ilk illərində ordu quruculuğunda ciddi səhvlərə yol verildi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də atəşkəs haqqında müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi. 1994-cü il aprelin 9-10-da Ulu Öndər Heydər Əliyev Bərdə rayonunda ictimaiyyət nümayəndələri qarşısında bildirmişdi ki, "Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır."
Məşhur bir deyimdə deyilir ki, “Ordun varsa yurdun var”. Birinci Qarabağ müharibəsində Azərbaycanın məğlubiyyətinin əsas amillərindən biri qeyri-nizami ordu quruculuğu, kustar silahlanma və vahid komandanlığın olmaması idi. Ulu öndər Bişkek protokolunu imzalamaqla tarixdə bilinən bir taktikaya əl atdı. Ordunun gücləndirilməsi məqsədi ilə gözləmə mövqeyinə keçmək taktikası. Və müqavilədən keçən illər ərzində bu istiqamətdə çox təqdirəlayiq addımlar atıldı. Hərbi peşə, zabitlik peşəsi, Vətəni müdafiə işi müqəddəsdir deyən Heydər Əliyev hər bir müstəqil dövlətin ordusunun dövlətin əsas atributlarından biri olduğunu vurğulamışdır.
Hərbi hissələrin birində görüşü zamanı Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq, dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini mütləq təmin edəcəyik”. Uzaqgörən siyasətçi fikirlərində yanılmamışdı.
Dünyanın bir çox ölkələri ilə müasir silahların alınması, qarşılıqlı təlimlərin keçirilməsi ilə bağlı müqavilələr imzalandı. Eyni zamanda yerli silah sənayesi təşkil olundu. Deyərdim ki, ordu quruculuğunda ən əsas amil ordunun psixoloji hazırlanması məsələsidir və Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə gördüyü işlər Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir və güclü Azərbaycan əsgəri fikri orduya və xalqa aşılandı.
Məhz bu idealogiyanın sayəsində Vətən müharibəsi zamanı Azərbaycan ordusu necə deyərlər fırtına olub əsdi. Biz ordumuzla, əsgərimizlə fəxr edirik...Əgər onlar cəbhədə əsgərdisə, bizlər öz cəbhəmizin əsgəriyik və hər birimiz bu vətən üçün əlimizdən gələni edirik... Yaşasın Azəbaycan ordusu, Yaşasın Azərbaycan xalqı!!!

Balaxanı qəsəbəsi, 69 № məktəbin
tarix müəllimi Rumiyyə Səfərova


Oxşar xəbərlər