1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra 1993-cü ilin sonlarından başlayaraq Azərbaycanda sistemli ordu qurulucuğunun təməli formalaşdırlmağa başlanıldı.
Ordu quruculuğunun təmin edilməsi bu dövrdə mühüm hadisə idi. Mərkəzləşmiş ordu quruculuğu mərhələsi həmdə ixtisaslı cavuş, zabit heyətinin hazırlığını tələb edirdi. Bu dövrdə xeyli sayda zabit heyətinin qardaş Türkiyədə təcrübə keçməsi yeni hərbi strateji maraqları artırmaqla yanaşı NATO standartlarının da hərbi heyətimizdə tətbiqini sürətləndirdi. Ölkənin siyasi sisteminin sabitliyi və suverenlyin möhkəmlənməsi prosesi birbaşa ordu-xalq birliyi ideyasının möhkəmlənməsini tələb edirdi.
Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər ulu öndər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Onun müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi təhlükəsizliyinin təmin edilməsinə hesablanmış hərbi siyasəti səmərəli şəkildə həyata keçirmək üçün əsas şərtlərdən biri daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır.
Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir.
Ordu quruculuğu istiqamətində atılmış addımlar nəticəsində bu gün Azərbaycan Ordusu nəinki regionda, hətta dünyada ən güclü ordular sırasındadır. Ölkənin döyüş hazırlıqlı, modern silahlar və döyüş vasitələri ilə təchiz olunmuş ordusunun yaradılması, saxlanması böyük həcmdə vəsaitlər etdiyi üçün bu hədəfə Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində çatmaq mümkün olmuşdur. Prezident İlham Əliyevin ötən 18 illik hakimiyyəti dövründə Azərbaycanın hərbi xərcləri 24 dəfədən çox artmış, bu göstəricilərə görə ölkəmiz dünya ölkələri arasında hərbi xərclərin artım tempinə görə ilk yerlərdə qərarlaşmışdır.
Azərbaycan İkinci Qarabağ müharibəsində əldə etdiyi möhtəşəm zəfərlə Ermənistanın işğalına son qoydu. Dövlətimizin başçısının vurğuladığı kimi, müzəffər silahlı qüvvələrimiz bu savaşla təkcə faşist Ermənistan dövlətini deyil, həm də insanlığa qənim kəsilən faşizmi məğlubiyyətə uğratdı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəldildi, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Bu düşünülmüş və uzaqgörən siyasətin məntiqi nəticəsi kimi 27 sentyabr 2020- ci ildə başlayan II Qarabağ - Vətən Müharibəsini 44 gün ərzində möhtəşəm qələbə ilə başa vurduq. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi, xalqın dəstəyi ilə 30 illik işğala son qoydu.
Hazırda ölkəmizin hərbi qüdrəti durmadan artır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması- bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Bayram Rəhimov,
Salyan rayon Təzəkənd kənd ümumi orta məktəbin müəllimi