Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb

Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb
Heç kimə sirr deyil ki, prezident İlham Əliyevin hər çıxışı Azərbaycan Respublikasının daxilində, həm xaricində böyük əks-sədaya səbəb olur. 2023-cü ilin yanvarın 10-da yerli televiziya kanallarına prezidentin verdiyi son müsahibə də istisna olmadı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 yanvar 2023-cü il tarixində yerli televiziya kanallarına verdiyi müsahibəsində görülmüş işləri çox əhatəli formada təhlil etdi, Azərbaycan dövləti üçün prioritet olan sahələr üzrə qarşıda duran vəzifələrdən bəhs etdi və Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırdı. Cənab Prezident müsahibəsində bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifə şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır.
Cənab Prezident bildirmişdir ki, qarşıya qoyulan məqsəd ölkəni daha da gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir. Bunun üçün iqtisadi və sosial sahə həmişə paralel inkişaf etməlidir. O ölkələrdə ki ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. “Qərbi Azərbaycan” mövzusuna toxunan cənab Prezident bildirmişdir ki, bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusunu beynəlxalq arenaya çıxarmışıq. Xüsusi işçi qrupu yaradılıb və vahid konsepsiya üzərində işlər başlanıb. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Biz bunu sülh yolu ilə etmək istəyirik və buna nail olacağıq. İlham Əliiyev öz çıxışında nəqliyyat, Şərqi Zəngəzur, Qarabağın azad olunan digər ərazilərində görülən və görüləcək içlər haqqında geniş məlumat verdi. Xankəndində yaşayan ermənilərlə bağlı verilən suala cavabında İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan vətəndaşlığını qəbul edən və Azərbaycana qarşı heç bir cinayət törətməmi. Ermənilər Azərbaycanən digər vətəndaşları ilə bərabər bütün hüquq və imtiyazlardan istifadə edəcək.
Cənab Prezident öz müsahibəsində enerji təhlükəsizliyi məsələlərindən bəhs edərkən bildirmişdir ki, son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub. Bu, o deməkdir ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu müxtəlif beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın neft-qaz sənayesi layihələrini necə reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb. Lakin Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, ola bilsin başqa məsələlər enerji təhlükəsizliyi məsələlərini geridə qoyub və Avropada gündəlikdə birinci yeri tutub. Bu, izahediləbiləndir. Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Azərbaycan çox ölkələr, o cümlədən, Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra Azərbaycan, o cümlədən, Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladı. Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların keçirdiyi aksiyaya münasibət bildirən cənab Prezident qeyd etdi ki, ekofəalların aksiyasında iştirak edən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Prezidentin əsas diqqət yetirdiyi sahələrdən birinin Hərbi sənayenin olduğunu bildirdi və görüləcək işlərin mühümlüyünü qeyd etdi.
Prezident İlham Əliyevin sonuncu geniş müsahibəsi Azərbaycan xalqı tərəfindən böyük ruh yüksəkliyi ilə qəbul olundu və birmənalı şəkildə dəstəkləndi.

Zabrat qəsəbəsi, 75 saylı məktəbin
tarix müəllimi Asif Hüseynov

Oxşar xəbərlər