Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 26 fevral 2021-ci il tarixində yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında növbəti parlaq qələbəyə imza atdı. 4 saatdan artıq davam edən, bir çox məsələlərə aydınlıq gətirən konfransda cənab İlham Əliyevin təkcə 35-dən artıq yerli və beynəlxalq jurnalistin 50-dək sualını dörd dildə danışaraq cavablandırması çoxlarını heyrətə saldı. İlk olaraq Prezident Xocalı faciəsinin 29 -cu ildönümü haqqında məlumat verərək Ermənistan tərəfindən törədilən, bir sıra ölkələr tərəfindən soyqırım kimi tanınan vəhşiliyi bir daha faşizmlə müqayisə etdi. Daha sonra Azərbaycan ordusunun 44 gün davam edən II Qarabağ müharibəsində Xocalı qurbanlarının intiqamının alındığını diqqətə çatdırdı. Eyni zamanda Ermənistan ordusunun Gəncə, Ağdam, Tərtər istiqamətində dinc əhalini hədəfə almasını soyqırımın davamı olduğunu, dünya ölkələrinin bəzilərinin buna laqeyd qalmasını təəssüf hissi ilə bildirdi. Cənab İlham Əliyev Türkiyə Respublikası başda olmaqla dost ölkələrə ədalətli mövqeyinə görə bir daha təşəkkür etdikdən sonra Ermənistanda gedən prosesləri şərh edərək orada vəziyyətin ağırlaşdığını və onun səbəbkarlarını sadaladı. Prezident azad olunan ərazilərdə görülən abadlıq işləri, Qələbə yolu, ərazilərin minalardan təmizlənməsi, dəmiryol xəttinin bərpası, aeroportun tikilməsi, Naxçıvana gedən dəhlizin açılışına hazırlıq və bu işlərin faydaları haqqında geniş məlumat verdi.
Prezident pandemiya ilə uğurlu mübarizə tədbirləri, vaksinasiya ilə bağlı məsələlərin də diqqətdə saxlandığını qeyd etdi. Bu işlə bağlı İlham Əliyevin təşəbbüslərinin 150- dən çox dövlət tərəfindən dəstəkləndiyini məmnuniyyət hissi ilə xatırlatdı. Jurnalistlərin suallarını səbrlə cavablandıran cənab İlham Əliyev Ermənistanın təxribatçı hərəkətlərini və onlara yenə də havadarlıq edən qüvvələri pislədi, eyni zamanda Azərbaycanın 10 noyabr sazişinə sadiq olduğunu təsdiq etdi. İlham Əliyev Xankəndi ilə bağlı məsələ haqqında verilən suala cavab olaraq bir daha bildirdi ki, Azərbaycan vətəndaşı olan hər bir kəs sərbəst yaşaya və kilsələrdə sərbəst ibadət edə bilər. Halbuki ermənilər 60-dan çox məscidi və ziyarətgahı tamam dağıdıb və ya tövləyə çevirib və buna İran da daxil olmaqla İslam ölkələrinin mütləq çoxluğu heç bir reaksiya verməyib və indi də susur. İlham Əliyev konfransın faydalı olduğunu, gələcəkdə jurnalistlərin tez-tez azad olunan əraziləri ziyarət edəcəklərini, orada gedən inkşafı öz gözləri ilə görəcəklərinə ümidvar olduğunu bildirdi.
Hamı kimi mətbuat konfransını diqqətlə izləyən biz müəllimlər böyük qürur hissi duyaraq Azərbaycan xalıqına qələbə sevinci bəxş edən Ali Baş Komandan İlham Əliyevlə fəxr edir və onu dəstəkləyirk.
Sabunçu rayonu Zabrat qəsəbəsi X.Vəliyev adına 75 saylı məktəbin tarix müəllimi
Asif Hüseynov