8 Noyabr – yaddaşımızdan silinməyəcək bir Tarix

8 Noyabr – yaddaşımızdan silinməyəcək bir Tarix
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm Zəfəri təkcə bizim ölkəmizin deyil, həm də bütün Cənubi Qafqaz bölgəsinin əmin- amanlığı və inkişafı üçün yeni imkanlar yaratmışdır. Uğurla davam etdirilmiş hərbi siyasət Azərbaycan Silahlı Qüvvələrini yüksək standartlar əsasında inkişaf etdirərək dünyanın 50 ən güclü ordusu sırasına çıxarmağa imkan vermişdir. Ermənistan ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabr Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan olundu.
8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir. Qüdrətli Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirmişdir.
8 Noyabr – yaddaşımızdan silinməyəcək bir Tarix.
Düz beş il bundan əvvəl Azərbaycan xalqının tarixində yeni dövr başlandı.
Qəhrəman Ordumuz Vətən Müharibəsinin 44 günündə misilsiz Qələbə qazandı! Torpaqlarımızın 30 illik işğalına son qoyuldu və Vətənimizin ərazi bütövlüyü bərpa edildi
Bizə qürur dolu bu tarixi bəxş edən dövlətimizə, yenilməz Azərbaycan Ordusuna,Vətən uğrunda canından keçən Şəhidlərimizin ruhuna əbədi borcluyuq.
Müzzəfər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Ordumuzun şücaəti ilə qürur duyuruq!
Allah Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə can sağlığı və uzun ömr versin! Zəfər Günümüz mübarək olsun! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!


Balaxanı qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Nəzakət Əzizzadə

Oxşar xəbərlər