Ermənilərin təxribatları intensiv şəkildə davam edir. Gah Qarabağda Azərbaycanın yeraltı və yerüstü təbii sərvətlərini sorub aparmaqla məşğul olur, gah da sərhədlərdə Azərbaycanın yaşayış məntəqələrini və hərbçilərin dayaq nöqtələrini atəşə tutaraq sülh sazişinin imzalanması üzrə danışıqları pozurlar. Dekabrın 7-də sülh sazişinin imzalanması üzrə planlaşdırılmış görüşün pozulması Ermənistanın açıq-aşkar antisülh siyasəti apardığının bariz nümunəsi oldu. Təəssüf ki, bizim təhlükəsizlik və sülh missiyası yeritmək etibarı ilə Rusiyaya və onun sülhməramlı qüvvələrinə göstərdiyimiz etimad da son vaxtlar ciddi şəkildə zədələnməkdədir. Çünki ermənilərin həm Qarabağda təbii-sərvətləri talan etməsi, həm də sərhədlərə yaxın bölgələrdə dinc sakinlərə zərər yetirməsi sülhməramlıların gözünün qarşısında baş versə də, buna qarşı heç bir tədbir görülmür.
Azərbaycanın Qeyri-Hökumət Təşkilatları (QHT) nümayəndələri Laçın yolunda dinc aksiya keçirmələrinə və əsaslı tələblər səsləndirmələrinə baxmayaraq hələ Rusiya sülhməramlılarından məqbul bir cavab gəlməyib. Hətta ermənilərin nümayiş etdirdiyi ekoloji terrorun qarşısının alınması ilə bağlı rus komandanlığı bizə heç bir ümid vermir. Bütün bunlar vəziyyətin getdikcə gərginləşəcəyini göstərən əlamətlərdir. Azərbaycan tərəfi haqlı mövqedə öz tələblərini ortaya qoysa da, buna nə sülhməramlılar, nə də separatçı rejimi idarə edənlər hələ ki məhəl qoymurlar. Amma Azərbaycan cəmiyyətinin və onun avanqard dəstəsi olan media ilə QHT sektorunun bugün Laçın yolunda mərdcəsinə dayanmaları və tələb irəli sürmələri Azərbaycanın bu yolda geri dönməyəcəyi və məsələni sona çatdıracağını deməyə əsas verir. Ermənistanın bütün addımları təxribat xarakterlidir. Bütün bu addımlar Ermənistan tərəfinin sülh prosesini zədələmək məqsədindən irəli gəlir.
Ramidə İbrahimova-36 saylı şəhər poliklinikasının baş həkimi