Beynəlxalq sülh müqavilələrinə həmişə etinasız və işğalçı mövqe ilə yanaşan Ermənistan bu dəfə də öz fitrətindən haşiəyə çıxmadı

Beynəlxalq sülh müqavilələrinə həmişə etinasız və işğalçı mövqe ilə yanaşan Ermənistan bu dəfə də öz fitrətindən haşiəyə çıxmadı

Vətənimizin təbii sərvətlərlə zəngin və münbit coğrafi şəraitə sahib mövqeyi tarix boyu oğurluq, qaraçı yaşam tərzi, qonşu torpaqlarına göz dikmə, insanlığa sığmayan qəddarlıq, vəhşilik, qaniçənlik, barbarlıq və s. kimi xüsusiyyətləri ilə tanınan erməni xalqının hədəfi olmuşdur.
Beynəlxalq sülh müqavilələrinə həmişə etinasız və işğalçı mövqe ilə yanaşan Ermənistan bu dəfə də öz fitrətindən haşiəyə çıxmadı. 2-ci Qarabağ müharibəsinin sonunda Azərbaycanın qələbəsinin nəticəsi kimi 3 ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarını yerinə yetirməyən Ermənistanın ekoloji terror siyasəti Azərbaycan tərəfinin haqlı etirazlarına səbəb oldu.
Bəyənnamə şərtlərinə əsasən Rusiya Federasiyası sülhməramlı kontingenti Azərbaycan ərazilərində müvəqqəti olaraq yerləşdirilmişdi. Lakin torpaqlarımızda təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur.
Şuşa-Laçın yolunda dekabrın 12-də səhər saatlarından başlayan etiraz aksiyasında məqsəd, Azərbaycanın ərazisi olan Xankədidə təbii sərvətlərin ermənilər tərəfindən talan edilməsinin qarşısını almaq və Azərbaycan ərazisində ekoloji terrora son qoymaqdır!
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və tələb edirik ki, Azərbaycanın dövlət nümayəndələri qısa bir zamanda Xankəndini nəzarətə götürsün və vətənimizdə törədilən ekoloji terrora son qoyulsun. Laçın yolunun bağlanmasına səbəb olan rus sülhmaramlıları isə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışan Azərbaycan dövlət nümayəndələrinə dəstək olmalıdırlar.
Laçın yolunun bağlanmasını bölgədə “humanitar fəlakət”, “etnik təmizlənmə” olaraq qələmə verməsi Ermənistanın qərəzli siyasətinin bir parçası olub, heç bir reallığı əks etdirmir. Qeyd edim ki, keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib.

Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Tünzalə Məmmədova





Oxşar xəbərlər