30 ilə yaxın torpaqlarımızı işğalda saxlayan Ermənistan bütün təbii sərvətlərimizi talayıb, ətraf mühitə qarşı ekoloji terror törədib. Azərbaycan ərazilərini azad etdikdən sonra ermənilərin törətdikləri bütün cinayətləri, talanları, dağıntıları regiona səfər edən bir çox ölkələrin rəsmiləri, diplomatları, ekspertlər öz gözləri ilə görüblər. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidə ekoterror davam edir. Azərbaycanlı mütəxəssislərindən ibarət qrup əraziyə gedib, ekoloji monitorinqlər aparmaq istəsələr də, sülhməramlılar monitorinqin baş tutmasına mane olub. Etiraz əlaməti olaraq isə vətəndaş cəmiyyətinin nümayəndələri, ekofəallar Laçın-Şuşa yolunda etiraz aksiyasına başlayıb.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə Azərbaycan vətəndaşlarının daxil olmasına imkan verməməsi beynəlxalq hüquqa və ölkənin suverenlik prinsiplərinə ziddidir. Üçtərəfli bəyanatda insanların hərəkəti ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Sülhməramlılar Azərbaycan sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün tədbir görməyib. Buna görə də, Azərbaycanlı mütəxəssislər dekabrın 10-da Rusiya sülhməramlılarının məsuliyyət zonasında "faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarının monitorinqi"ni aparması əvvəldən razılaşdırılsa da, onların bu təşəbbüsünə maneə törədildi. Hər zaman dünya ictimaiyyətinə yanlış məlumatlar çatdıran Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə siyasətinin həyata keçirilməsi barədə iddiaları Azərbaycan tərəfindən qətiyyətlə rədd olunur.
Şuşa-Laçın yolundakı etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir Qarabağ ərazisində faydalı qazıntıların talanmasının dayandırılmasını tələb edən aksiya iştirakçılarını dəstəkləməyə ölkənin müxtəlif regionlarından gənclər qrupu gəlir.Aksiyanın keçirildiyi ərazidə qidalanma məntəqələri qurulub, mediamərkəz və tibbi məntəqə fəaliyyət göstərir. Hazırda aksiya etirazçılar tərfindən dinc şəkildə keçirilir və hər hansı qanun pozuntusu baş verməyib.Azərbaycan öz haqlı mövqeyini sona qədər müdafiə edəcəkdir.Xalq və ölkə gəncləri olaraq biz də dövlətimizin və Ali Baş Komandanın hər zaman yanındayıq .
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Şəlalə Səmədova