Xankəndi-Laçın yolunda etiraz aksiyasının iştirakçıları fləşmob təşkil ediblər - VİDEO

Xankəndi-Laçın yolunda etiraz aksiyasının iştirakçıları fləşmob təşkil ediblər - VİDEO Xankəndi-Laçın yolunda Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə keçirilən etiraz aksiyasının iştirakçıları fləşmob təşkil ediblər.

“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, QHT nümayəndələri, ekofəallar və könüllülər ərazidə şamlarla “Stop ekoterror” yazıblar.

Dinc aksiyanın iştirakçıları “Stop ekoterror”yazısının ətrafında bayraqlarla durublar. Daha sonra onlar “Stop ekoterror” şüarı səsləndiriblər.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası artıq beş gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Xankəndi-Laçın yolunda etiraz aksiyasının iştirakçıları fləşmob təşkil ediblər - VİDEO

Oxşar xəbərlər