İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımız düşmən işğalımdan azad olunsa da bəzi ərazilərə 10 Noyabr bəyanatının müddəalarının həyata keçirilməsinə dəstək vermək məqsədi ilə müvəqqəti olaraq Rusiyanın sülhməramlı kontingenti yerləşdirilmişdir. Bu sülhməramlı kontinget Qarabağda qanunsuz yerləşən erməni silahlı dəstələrini Qarabağdan çıxarmalı idi, ancaq bəyanatın imzalanmasından 2 ildən çox keçməsinə baxmayaraq qanunsuz erməni silahlı dəstələri hələ də Qarabağ ərazisindədir.
Bunlarla yanaşı, Rusiya sülhməramlıları müvəqqəti yerləşdikləri torpaqlarımızda Azərbaycanın təbii sərvətlərindən qeyri-qanuni şəkildə istifadə edir, ekoloji vəziyyəti pisləşdirir. Azərbaycan Respublikasının bir sıra mütəxəssisləri bölgədəki mövcud vəziyyəti müəyyənləşdirmək və təhlil etmək üçün bir qurup monitorinq heyyəti bölgəyə səfər etməyi qərara almışdır. Ancaq Rusiya sülhməramlı kontingenti mütəxəssisləri və bir sıra dövlət qurumlarının nümayəndələrini bölgəyə girişinə və manitorinqinə mane olmuşdular.
Buna cavab olaraq azərbaycanlı fəallar dekabr ayının 12- dən başlayaraq həmin bölgədə etiraz aksiyalarına başlayıblar. Aksiyalar hələ də davam edir. Aksiya iştirakçıları monitorinqin həyata keçirilməsini, Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə qanunsuzluqların qarşısının alınmasını tələb edirlər.
Rusiya sülhməramlıları tamamilə anlaşılmaz bir mövqedən çıxış edərək, Azərbaycan ərazilərinə gəlmə məqsədlərinə zidd hərəkətlər nümayiş etdirirlər. Onların tərəfli mövqeyi, bölgədə nəinki davamlı sülhün yaradılmasına şərait yaradır, ermənilərlə azərbaycanlılar arasında ədavəti canlı tutaraq sülh və təhlükəsizliyə bütün imkanları ilə maneə olur.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Həsənzadə Damla