Ermənistan 2020-ci ilin kapitulyasiyasından sonra artıq özünə gəlməyə başlayıb. Xüsusilə bu sahədə ona dəstək verən Rusiya və Fransa, müəyyən məqamlarda isə İran və Hindistan sayəsində onlar əvvəl əldə edilmiş razılaşmalara etinasız yanaşır, siyasi cəhətdən perespektivi olmayan, uğursuz siyasi manevrlər edib, xüsusilə Azərbaycanla münasibətdə qeyri-səmimi addımlar atmağa davam edirlər. Sülhdən danışır, lakin sülh bağlanması prosesini uzadır. Sərhədlərin delimitasiyasından danışır, amma bu sahədə də praktiki addımlar atmır. Kommunikasiyaların açılması məsələsində isə İranın ona diqtə etdiyi müddəaları bir-bir təkrarlayır. Qarabağın dağlıq hissəsindən imtina etdiklərini desələr də əl atından Qarabağa həm maliyyə yardımı göstərir, həm də silah-sursat göndərilməsi işini də relsə salır. Azərbaycan təmkinli davranır, hələ ki Ermənistanın nazı ilə oynamağa davam edir. Amma Azərbaycanın da səbrinin hüdudları, sərhədləri var. Bu sərhədlərə çatdıqdan sonra artıq Azərbaycan dözməyəcək, daha qətiyyətli bir siyasi iradəni ortaya qoyacaq. Nəticə etibarı ilə də Ermənistan üçün aqibəti yaxşı olmayacaq nəticələr doğuracaqdır. Ermənsitan bu addımlarından əl çəkib, real siyasət yeritməyə başlamalıdır ki, bölgədə vəziyyət düzəlsin.
Şuşa, Laçın, Xankəndi yolunda baş verən etiraz aksiyaları dinc aksiyalardır. Bunu bütün dünya bilir. Biz bu dinc aksiyalarla bütün dünyanın diqqətini Azərbaycanın haqq-ədalət mübarizəsinə yönəltmək istəyirik. Hazırda etnik ermənilərin, Azərbaycan vətəndaşlarının yaşadığı ərazilər Azərbaycanın suveren əraziləridir.
Azərbaycanın ekologiyasına ciddi ziyan vurulur, ekologiyamıza qarşı terror halları baş verir. Eyni zamanda bizim bütün təbii sərvətlərimiz daşınır, istismar olunur. Bu etiraz aksiyaları həm də bir sülh mesajıdır. Eyni zamanda hər hansısa bir hərbi qarşıdurmadan, müharibədən söhbət gedə bilməz. Azərbaycan ictimaiyyəti bu tələblərinə nail olmayana qədər isə bu aksiyalar da davam edəcək. Mən əminəm ki, biz öz istəyimizə və arzumuza çatacağıq. Qarabağdakı qanunsuz erməni terrorçu dəstələri oradan çıxarılmalı, Azərbaycan ərazisində yerləşən təbii sərvətlərin talan edilməsi dayandırılmalı və ekologiyamıza vurulan böyük zərbələr aradan qaldırılmalıdır. Yəni bu ərazilərdə hazırda davam edən aksiyaların yeganə məqsədi budur. Buna kimlərinsə başqa bir məna vermələrinə baxmayaraq bizim məram və məqsədimiz aydındır. Əgər erməni təxribatçıları, qanunsuz erməni birləşmələri hər hansı bir hərbi qarşıdurma yaratmaq istəyərlərsə, təbii ki, bu zaman Azərbaycanın güclü ordusu bu təxribatların qarşısını qətiyyətlə almağa qadirdir.
Ramis Nəsibov-Bakıxanov bələdiyyəsinin sədri