Azərbaycan daha iki ölkədə səfirlik təsis edir

Azərbaycan daha iki ölkədə səfirlik təsis edir Azərbaycan BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəlik təsis edir.

"Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Toplantıda "Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirə olunacaq.

Bundan əlavə, Azərbaycanın Keniya və Albaniyada səfirlik açması məsələsi Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Azərbaycanın Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək.

Oxşar xəbərlər