Qaradağ Rayonunda silsilə tədbirlər davam edir

Qaradağ Rayonunda silsilə tədbirlər davam edir Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sahil qəsəbəsində səyyar qəbulu keçirilmişdir

Qaradağ Rayonunda silsilə tədbirlər davam edir


30 sentyabr 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

Tədbirdən öncə sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qəbulda Sahil qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

Qaradağ Rayonunda silsilə tədbirlər davam edirQaradağ Rayonunda silsilə tədbirlər davam edirQaradağ Rayonunda silsilə tədbirlər davam edirQaradağ Rayonunda silsilə tədbirlər davam edir
Qaradağ Rayonunda silsilə tədbirlər davam edir


Qaradağ rayonunda bulaq kompleksinin açılışı olunmuşdur

Qaradağ Rayonunda silsilə tədbirlər davam edir


Vətən müharibəsi şəhidləri Teyyublu Çərkəz Vidadi oğlunun və Gülmalıyev Ağamirzə Ağabəy oğlunun xatirəsinə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilən bulaq kompleksinin açılışı olunmuşdur. Bulağın açılışı Qaradağ rayonunun Şonqar qəsəbəsində baş tutmuşdur.

Bulaq açılışında YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Səhidin ailə üzvləri və yaxın qohumları, icra hakimiyyətinin əməkdaşları və qəsəbə sakinləri iştirak etdilər.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Şəhid Teyyublu Çərkəz Vidadi oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çərkəz Teyyublu oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Şəhid Gülmalıyev Ağamirzə Ağabəy oğlu Füzuli rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ağamirzə Gülmalıyev "Vətən Uğrunda", "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Qaradağ Rayonunda silsilə tədbirlər davam edirQaradağ Rayonunda silsilə tədbirlər davam edir
Qaradağ Rayonunda silsilə tədbirlər davam edir


İbadov Rafiq Baloğlan oğlunun anım mərasimi keçirilib

Qaradağ Rayonunda silsilə tədbirlər davam edir


Qaradağ rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri 44 günlük Vətən müharibəsinin ilk günlərində 29.09.2020 ci il tarixdə Füzuli uğrunda gedən döyüşlərdə Şəhid olmuş İbadov Rafiq Baloğlan oğlunun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında yerləşən məzarını ziyarət etmiş, məzarın üzərinə çələng və gül dəstələri qoymuş, Şəhidin ailəsinə baş çəkmişlər.
Qaradağ Rayon İcra Hakimiyətinin başçısı Süleyman Mikayılov Şəhid ailəsi ilə söhbət etmiş, onları narahat edən problemləri diləmişdir. Şəhidin valideynləri cənab prezidentə və Mehriban xanıma şəhid ailələrinə göstərən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

Qaradağ Rayonunda silsilə tədbirlər davam edir
Qaradağ Rayonunda silsilə tədbirlər davam edir

Oxşar xəbərlər