Daşkəsəndə Vətən Müharibəsi şəhidi Tacəddin Abbasovun doğum günü keçirilmişdir

Daşkəsəndə Vətən Müharibəsi şəhidi Tacəddin Abbasovun doğum günü keçirilmişdir Dekabrın 10-da şəhid Abbasov Tacəddin Vüqar oğlunun doğum günü ilə əlaqədar Daşkəsən rayon İcra hakimiyyətinin işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidin yaxınları, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri Daşkəsən Şəhidlər Xiyabanında onun məzarı önünə gələrək xatirəsini yad etmiş, gül dəstələri düzmüş, dualar oxumuşlar.
Daşkəsən rayon İcra hakimiyyəti başçısının müavini Namiq Süleymanov şəhidin yaxınlarına Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin adından bir daha da başsağlığı vermiş, şəhid Tacəddin Abbasovun həyat və döyüş yolundan danışmışdır. O bildirmişdir ki, Tacəddin Abbasov 2001-ci dekabrın 10-da Daşkəsən rayon Pirverdilər kəndində anadan olub. Əsgər Tacəddin Abbasov Vətən Müharibəsində Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, şərəfli döyüş yolu keçərək şəxsi igidlik və şücaət göstərib. O, 2020-ci ilin oktyabrın 24-də Füzuli döyüşləri zamanı müqəddəs şəhidlik zirvəsinə ucalıb, oktyabrın 26-da Daşkəsən Şəhidlər Xiyabanında dəfn edilib. Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Tacəddin Abbasov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin anası Abbasova Həmidə Musa qızı ailəsinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini


Daşkəsəndə Vətən Müharibəsi şəhidi Tacəddin Abbasovun doğum günü keçirilmişdirDaşkəsəndə Vətən Müharibəsi şəhidi Tacəddin Abbasovun doğum günü keçirilmişdir

Oxşar xəbərlər