İyulun 1-də Daşkəsən rayon Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi, kiçik çavuş Tağıyev Ramid Yaqub oğlunun xatirəsinə inşa edilmiş ehsan bulağının açılışı olub. Bulaq Daşkəsən rayon İcra hakimiyyətinin dəstəyi ilə şəhidin anası Tağıyeva Zərniyar Əlheydər qızı tərəfindən tikilib.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin, hüquq-mühafizə orqanları rəhbərlərinin, şəhid ailələri, qazilər, sakinlər və şəhidin doğmalarının iştirak etdiyi açılış mərasimində bulağa gül dəstələri düzülüb və şəhidin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən Əhəd Abıyev 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd edib, şəhid Ramid Tağıyevin döyüş yolundan danışıb, Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirən şəhidin anası Zərniyar Tağıyevaya dərin ehtiramını bildirib.
Digər çıxış edənlər də Azərbaycan Ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Şəhidin anası Zərniyar Tağıyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Qeyd edək ki, Ramid Tağıyev 1994-cü il fevralın 25-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ramid Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramid Tağıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ramid Tağıyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini