İlham Əliyev Azərbaycana yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi.
"Ölkə.Az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan səfiri Məhəmməd Şərif Anisin etimadnaməsini qəbul edib.
Məhəmməd Şərif Anis etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı Azərbaycan ilə Şri-Lanka arasında çox yaxşı siyasi əlaqələrin mövcud olduğunu bildirərək beynəlxalq təşkilatlarda ölkələrimizin bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edib.
İqtisadi sahədə əlaqələrin inkişafının önəmini qeyd edən dövlət başçısı bunun üçün yaxşı potensialın olduğunu bildirib. Prezident İlham Əliyev Məhəmməd Şərif Anisin səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi üçün Azərbaycanın müvafiq qurumları ilə səmərəli görüşlər keçirəcəyinə və qarşılıqlı səfərlərin təşkil olunacağına əminliyini bildirib.
Məhəmməd Şərif Anis Şri-Lanka Prezidenti Maytripala Sirisenanın və Şri-Lankanın Baş nazirinin salamlarını dövlət başçısına çatdırıb. Səfir ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin önəminə toxunaraq ticarət və sənaye sahələrində əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Azərbaycanın regionda ən gözəl turizm məkanlarından biri olduğunu qeyd edən səfir bu sahədə Şri-Lanka ilə Azərbaycan arasında əməkdaşlığın qurulması üçün geniş imkanların olduğunu bildirib. Səfir eyni zamanda qarşılıqlı investisiya sahəsində imkanların araşdırılmasının zəruriliyini qeyd edib.
Prezident İlham Əliyev Məhəmməd Şərif Anisin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Dövlət başçısı İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenanın və Şri-Lanka Baş nazirinin salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Şri-Lanka Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.