Aprelin 14-də soyuq və qarlı hava şəraitində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Kəmərqaya kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Əhəd Abıyev giriş nitqində Prezident cənab İlham Əliyevin və Birinci vitse- prezident hörmətli Mehriban xanım Əliyevanın Daşkəsən rayonuna daim göstərdikləri diqqət və qayğı barədə geniş məlumat verib. Həmçinin qeyd edib ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlarla yerlərdə keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin müraciətlərini dinləmək və problemlərin qısa zamanda həllinə nail olmaqdır.
Son illər Kəmərqaya kəndində görülən işlərdən danışan rayon rəhbəri bildirib ki, ötən illərdə Kəmərqaya kənd F. Ələsgərov adına tam orta məktəb təmir edilmiş, kəndin elektrik və rabitə xətlərində əsaslı bərpa işləri aparılmış, yol infrastrukturu yaxşılaşdırılmış, ən əsası isə 2020-ci ildə kəndin qazlaşdırılması tam həyata keçirilmişdir. Kənd sakinlərinin məşğulluğunu təmin etmək üçün bir sıra işlər görülmüş, icma əsaslı təlimlər keçirilmişdir. Eyni zamanda Kəmərqaya kəndinin turizm potensialı və kəndə istirahət üçün gələn yerli turistlərin ildən-ilə artan sayı nəzərə alınaraq bu məqsədlə pilot layihə çərçivəsində kənddə sakinlərə məxsus 10 ev seçilmiş və həmin evlər təmir edilərək turistlərin istifadəsinə verilmişdir.
Sonra sakinlərin müraciətləri dinlənilib. Vətəndaşlar müraciətlərində kəndə gələn avtomobil yolunun asfaltlanmasını, yeni su xəttinin çəkilməsini, işlə təmin olunma və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev sakinlər tərəfindən qaldırılmış müraciətlərin icrasına dair aidiyyəti idarə, müəssisə və təşkilatlara tapşırıqlarını verib. Müraciətlərin əksəriyyəti yerində həll edilib, araşdırlması üçün bir qismi nəzarətə götürülüb.
Sakinlər görülən işlərə, yaradılan şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini