DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ZAĞALI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ZAĞALI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB Martın 10-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Zağalı kəndində vətəndaşların səyyar qəbul-görüşünü keçirib.
Keçirilən görüşdə Əhəd Abıyev diqqətə çatdırıb ki, pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq, məhz Prezident cənab İlham Əliyevin müdrik təşəbbüsləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz bu qlobal təhlükəni az itkilərlə dəf etməyə nail olmuşdur. Həmçinin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı işğalçılardan təmizləməsi və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işləri həmin uğurlu siyasi kursun nəticəsidir.
Əhəd Abıyev giriş nitqində Daşkəsəndə icra olunan layihələrdən, eyni zamanda turizm imkanları böyük olan Zağalı kəndi ərazisində aparılan abadlıq-quruculuq işlərindən, kəndin qazlaşdırılmasından, ötən ilin 24 dekabr tarixində Prezident cənab İlham Əliyevin 60 illik yubileyi münasibətilə açılışı qeyd olunmuş 35/6 kV-luq “Zağalı” elektrik yarımstansiyasının istismara verilməsindən və qarşıda duran vəzifələrdən danışıb.
Daha sonra sakinlərin müraciətləri dinlənilib. Kənd sakinləri müraciətlərində kənddaxili yolların təmiri, işlə təmin olunma və digər şəxsi məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev səslənən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər yerində həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Kənd sakinləri respublikamızda və eləcə də rayonda gedən abadlıq-quruculuq, əsaslı yenidənqurma işlərinə, o cümlədən vətəndaşların müraciətlərinə göstərilən həssas münasibətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı


DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ZAĞALI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİBDAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ZAĞALI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİBDAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ZAĞALI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİBDAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ZAĞALI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİBDAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ZAĞALI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB

Oxşar xəbərlər