Daşkəsən rayonu - uğurlu və perspektivli inkişafda !

Daşkəsən rayonu - uğurlu və perspektivli inkişafda ! DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ALMALI KƏND SAKİNLƏRİ İLƏ NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

Dekabrın 4-də Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin növbəti səyyar qəbul-görüşü Almalı kəndində keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə təşkil olunan görüşdə sakinlərə dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət, son günlər dövlət məmurları haqqında söylədiyi fikirlər, vətəndaşlara göstərdiyi diqqət və qayğı, xüsusilə də əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara olan diqqət və qayğısından danışıb. Bildirib ki, əhalinin rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş tədbirlər Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bundan sonra da davam etdiriləcəkdir.
Rayon rəhbəri çıxışında Daşkəsənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, o cümlədən son illər ərazidə görülmüş işlər barədə də məlumat verib. Xüsusilə diqqətə çatdırıb ki, Almalı kənd tam orta məktəbinin yararsız binası sökülərək əvəzində modul tipli bina quraşdırılmış və cari ilin sentyabrında istifadəyə verilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilib.
Sakinlər kəndə gələn avtomobil yolunun cari təmir olunması, qaz xəttinin çəkilməsi, içməli suyun mənbəyinin təmizlənməsi və təmir olunması, nasaz elektrik dayaqlarının dəyişdirilməsi və digər şəxsi məsələlər barədə müraciətlər ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev sakinlər tərəfindən səsləndirilən müraciətlərin bir qismini yerində həll edib, bəzilərinin həll edilməsi məqsədilə isə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmasını tapşırıb.
Kənd sakinləri problemlərinin öyrənilməsi və həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Daşkəsən rayonu - uğurlu və perspektivli inkişafda !


Daşkəsən rayonu - uğurlu və perspektivli inkişafda !
Daşkəsən rayonu - uğurlu və perspektivli inkişafda !
Daşkəsən rayonu - uğurlu və perspektivli inkişafda !


Elmi əsaslarla işlənmiş, müvafiq mərkəzi icra orqanları ilə razılaşdırılmış proqram xarakterli mükəmməl “Yeni Daşkəsən” layihəsində rayonun turizm potensialından səmərəli istifadə edilməsi prioritet kimi qarşıya qoyulub. Ötən dövrdə bu istiqamətdə bir sıra işlər görülüb və həmin işlər hazırda da davam etdirilir.

Daşkəsən rayonu ərazisində qeydə alınmış tarix-memarlıq və mədəniyyət qoruğu yoxdur. Lakin rayonun Bayan kəndi tarix-memarlıq və mədəniyyət qoruğu elan edilə bilər. Bayan kəndindəki tikililərin ərazinin landşaftına uyğun yarusvari inşası, dağların ətəyində - sal qayaların üzərində salınması ekzotik təsir bağışlayır. Qədim alban mədəniyyətinin və memarlıq sənətinin inkişafından xəbər verən Bayan kəndi ərazisindəki alban məbədləri öz görkəmini saxlamaqla günümüzə qədər gəlib çatıb. Bayan kəndində yerləşən XV əsrə aid körpü, VII əsrə aid Alban Həvari kilsəsi və IV-V əsrə aid Çiçivəng monastrı böyük tarixi əhəmiyyətə malik olmaqla yanaşı, həm də turizm cəhətdən də cəlbedicidir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində son illər Daşkəsənin də siması müasirləşərək gözəlləşib, ən əsası isə yol infrastrukturu əhəmiyyətli dərəcə yenilənib, kəndarası yollar təmir edilib.

Xüsusi qeyd etmək lazımdır ki, Daşkəsən rayonu respublikamızın iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən rayondur. Burada fəaliyyət göstərən qızıl zavodu, alunit və mərmər-qranit müəssisələri isə nəinki bu rayona, bütün ölkəmizə gəlir gətirir. Ən başlıcası isə insanların daimi işlə təminatını, sosial- rifah halının yaxşılaşdırılmasını həyata keçirir.

İcra başçısı Əhəd Abıyev mütəmadi olaraq rayon sakinləri ilə qörüşür, onların problemləri, narahat edən məsələlərlə yerindəcə maraqlanır, əlindən gələn yardımı əsirgəmir.

Göründüyü kimi, başda İcra başçısı Əhəd Abıyev olmaqla Daşkəsən rayonunda Ölkə rəhbəri Cənab İlham Əliyevin sərəncam və tapşırıqları layiqincə yerinə yetirilir. Burada hər bir kəs dövlətimizin inkişafında , iqtisadi qüdrətinin artmasında üzərilərinə düşən vəzifənin və vətəndaşlıq borcunun öhdəsindən əzmlə gəlir. Uğurlar olsun!

P.S Son zamanlar bəzi saytlarda Daşkəsən rayonu , onun çox dəyərli İcra başçısı Əhəd Abıyev haqqında xoşagəlməz , yalan- yalnış yazılara yol verilir. Bütün bunlar şər- böhtan xarakterli olmaqla bərabər , görülən işlərə kölgə salmağa xidmət etməkdən başqa bir şey deyildir. Hər şey göz qabağındadır. Nə qədər sözün yumşaq mənasında vicdansız olasan ki , görülən işləri , hərtərəfli inkişafı görməyəsən ! Qiymət vermək , alqışlamaq bir yana qalsın , belə işlərə əl atmaq şərəfsizlikdən başqa bir şey deyildir.Gəlin ədalətli olaq . ağa ağ , qaraya qara deyək !
Daşkəsən rayonu - uğurlu və perspektivli inkişafda !Daşkəsən rayonu - uğurlu və perspektivli inkişafda !Daşkəsən rayonu - uğurlu və perspektivli inkişafda !Daşkəsən rayonu - uğurlu və perspektivli inkişafda !Daşkəsən rayonu - uğurlu və perspektivli inkişafda !Daşkəsən rayonu - uğurlu və perspektivli inkişafda !

Oxşar xəbərlər