Yanvarın 8-də Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Əmirvar kənd və Gurbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində növbəti hesabat yığıncaqları keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin, əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin, sakinlərin iştirak etdiyi yığıncaqlarda nümayəndəliklərin 2019-cu ildə görülmüş işlərindən danışılıb, 2020-ci ildə qarşıda duran vəzifələrdən söhbət açılıb.
Yığıncaqların aparılması üçün sədr və katiblər seçildikdən, gündəlikdə duran məsələlər səsləndikdən sonra icra nümayəndələri Rüfət Bədəlov və Yusif Allahverdiyev hesabat ili ərzində görülmüş işlərə dair məruzələrlə çıxışlar ediblər.
Məruzələr ətrafında çıxış edənlər nümayəndəliklərin hesabatlarını qənaətbəxş hesab edib, görülən işlərə, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev də hesabat yığıncaqlarında 2019-cu ildə ölkəmizdə bütün sahələrdə qazanılmış uğurlardan, aparılmış hərtərəfli islahatlardan, yeniliklərdən və nailiyyətlərdən danışaraq bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik və sosial-iqtisadi inkişaf kursu hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da sürətlə inkişaf edir. Ölkə iqtisadiyyatının dinamik sürətlə inkişaf etməsi, regionlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılması cənab Prezidentin daim diqqət mərkəzindədir. Prezident cənab İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan bir ölkədir.
Hesabat yığıncaqlarında vətəndaşların müraciətləri də dinlənilib.
Əhəd Abıyev Əmirvar kənd və Gurbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ərazilərində mövcud olan çatışmazlıqların aradan qaldırılması və problemlərin həll edilməsi istiqamətində tədbirlərin görülməsi məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq təlimat və tapşırıqlarını verib.
Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı