DAŞKƏSƏNDƏ 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ RAYON ŞƏHİDLƏR XİYABANI ZİYARƏT EDİLİB

DAŞKƏSƏNDƏ 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ RAYON ŞƏHİDLƏR XİYABANI ZİYARƏT EDİLİB Yanvarın 20-si – Ümumxalq Hüzn Günündə qarlı və sərt şaxtalı havada edilən ziyarətdə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid valideynləri, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin adından Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub, Birinci və İkinci Qarabağ müharibələri zamanı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid daşkəsənlilərin məzarları üzərinə qərənfillər düzülüb.
Əhəd Abıyev vurğulayıb ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə Ümumxalq Hüzn Günü kimi deyil, eyni zamanda, xalqımızın öz azadlığı uğrunda mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.
Daha sonra Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, ağsaqqallar və veteranlarla görüşüb, onların qayğıları ilə maraqlanıb, aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏNDƏ 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ RAYON ŞƏHİDLƏR XİYABANI ZİYARƏT EDİLİB

Oxşar xəbərlər