Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev və YAP Daşkəsən rayon təşkilatına sədr təyin olunan Meydanəli Yolçiyev rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə görüş keçiriblər.
Keçirilən görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev hörmətli Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının şərəfli, zəngin inkişaf yolu keçdiyini bildirib. Ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının bu gün misilsiz nailiyyətləri olan alternativsiz siyasi partiyaya çevrildiyini vurğulayıb.
Əhəd Abıyev YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyevin təcrübəli, dövlətçiliyə sadiq olduğunu qeyd edərək onu sədr təyin olunması münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.
Meydanəli Yolçiyev öz çıxışında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevə, YAP idarə heyətinə və partiyanın çoxsaylı üzvlərinə təşəkkürünü bildirib. Ona göstərilən bu etimadı doğruldacağına bir daha söz verib.
Tədbirdə digər çıxış edənlər də Meydanəli Yolçiyevə sədr təyin olunması münasibətilə təbriklərini çatdırıb, bu yolda ona uğurlar arzulayıblar.