ABŞ-İran görüşü nəticəsiz: İsrail ordusu planlarını dəyişir

ABŞ-İran görüşü nəticəsiz: İsrail ordusu planlarını dəyişir İsrail Müdafiə Qüvvələri (SAXAL) ABŞ ilə İran arasında atəşkəslə bağlı danışıqların uğursuz olması fonunda mümkün eskalasiyaya hazırlaşır.

Bu barədə "The Times of Israel" qəzeti mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, İsraildə fəaliyyət göstərən üç ən böyük ivritdilli televiziya kanalı SAXAL-ın ABŞ və İran arasında atəşkəs danışıqlarının nəticəsiz qalmasından sonra münaqişənin yenidən alovlanmasına hazırlaşdığını bildirib.

Qeyd olunur ki, bu məlumat ABŞ və İran nümayəndələri arasında Pakistan ərazisində keçirilən danışıqların başa çatmasından 24 saat keçməmiş ortaya çıxıb. Danışıqlar Yaxın Şərqdəki münaqişənin tam həlli ilə bağlı razılaşma olmadan yekunlaşıb.

Oxşar xəbərlər