Müharibə ‒ insanlığın və bütün varlığın məhvinə dorğu yönəldilən bir aktdır. Müharibədə təkcə insanlar deyil, ətraf mühit, mədəniyyətlər, sivilizasiyalar əziyyət çəkir. Bu baxımdan on illərlə, yüz illərlə qurulan cəmiyyətlər müharibədən sonra çətinliklə bərpa olunur.
Xalqımız tarixən müxtəlif qonşu ölkələrlə sərhəddə dinclik və əminamanlıq şəraitində yaşamış, qarşılıqlı ticari-mədəni əlaqələr nəticəsində öz milli mənsubiyyətini təsdiq edən çoxşaxəli mədəniyyət qurmuşdur. Bəşər sivilizasiyasının inkişafında xalqımızın böyük xidmətləri olub.
Ölkəmizin tarixi qədimdir. Bunu respublikamızın ərazisində olan qədim yaşayış məskənləri, əsrlərin sınağından çıxaraq bu günə gəlib çatmış qiymətli abidələr də aydın göstərir.
Xalqımızın keçmişini özündə yaşadan bu mənəvi dəyərlər hələ də açılmamış sirlərlə doludur. Bununla belə həmin arxeoloji və memarlıq abidələrinin tədqiqi göstərir ki, bəşər sivilizasiyasının inkişafında xalqımızın da böyük xidmətləri olub. Bu abidələri qorumaq, nəsillərdən-nəsillərə çatdırmaq bizim vəzifə borcumuzdur.
Ölkəmizin maddi, mənəvi sərvətləri isə həmişə xarici işğalçıları özünə cəlb etmişdir: talançılıq siyasətini irəli sürən müstəmləkə dövlətlər bu sərvətləri mənimsəməyə, özününküləşdirməyə çalışmışdılar.
Bizim xalq qəlbi çox geniş xalqdır: öz əlindəkini paylaşmağı bacarır. Özünü məzlum, yazıq kimi göstərməyə çalışan erməni xalqı isə yurdumuzun ən dilbər guşəsində məskən salmış, millətimizin etibarından istifadə edərək ona xəyanət tələbləri qurmağa çalışmışdı.
Azərbaycanın tarixi abidələri ilə bağlı erməni vandalizmi bütün işğal olunmuş ərazilərdə özünü göstərməkdədir. Bu torpaqlarda yüzlərlə tarixi və dini abidə onlar tərəfindən talan edilərək uçurulub. Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir hissəsi olduğu üçün Azərbaycan Respublikası ərazisində tarixi və mədəniyyət abidələrinin qorunması beynəlxalq məsuliyyətdir. Bu torpaqlardakı erməni təcavüzkarların cinayətkarlıqları, dini, tarixi və mədəni irsimizin qəsdən məhv edilməsi, Haaqa Konvensiyasının (1954) silahlı münaqişələr zamanı mədəni irsin qorunması, Arxeoloji irsin qorunması üzrə Avropa Konvensiyası (1992) və mədəni və təbii irsin qorunması üzrə YUNESKO Konvensiyası (1972) prinsiplərinə ziddir. Müharibə ərəfəsində abidələrin qeydinə qalmağa imkan belə olmadı. Muzey eksponatlarının və kitabxanaların köçürülməsinə imkan verilmədi. Davam edən vandalizm Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələrin çoxunu məhv etdi.
Azərbaycan xalqının dini və mədəniyyət abidələrinin Ermənistan tərəfindən dağıdılması və sökülməsi məsələsi istər Ermənistan Respublikası daxilində, istər tarixi Azərbaycan torpaqları hesabına qurulmuş və genişlənən, istərsə də dağlıq Qarabağ hüdudlarından kənarda olan işğal altındakı Azərbaycan torpaqlarında dağıdılıb talan edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Belə ki, həmin yerlərdə 738 tarixi abidə, 83.500 əsəri ehtiva edən 28 muzey, 4 rəsm qalereyası və 1.107 mədəniyyət müəssisəsi dağıdılmışdır. Ayrıca, Cəbrayıl bölgəsindəki XVII əsrə aid olan Cümə məscidi, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri və Şuşa şəhərindəki Saatlı məscid (bu məscidlər XVIII əsrə aiddir) vandalizm, dağıdılma və uçurulma aktlarına məruz qalmış, Ağdam məscidi isə təhqir olunaraq donuzlar və inəklər üçün tövləyə çevrilmişdir.
2020-cı ildə Vətən müharibəsində xalqımızın böyük sərkərdəsi, Ali Baş Komandan-İlham Əliyevin rəhbərliyi altında 30 il ərzində işğal olunmuş torpaqlarımız azad olundu. Geri qaytarılmış ərazilərdə törədilmiş vandallıq görüntüləri bütün dünyaya nümayiş olundu. Xarici dövlətlərdən dəvət olunan və yerli mütəxəssislərin birgə hazırladıqları layihələrlə artıq bütün abidələrin bərpa olunması ilə bağlı göstərişlər verilib. Bu barədə Azərbaycanın prezidenti İlham Əliyev dekabrın 18-də MDB Dövlət Başçıları Şurasının iclasında onlayn çıxışı zamanı deyib. O bərpa işlərinin Azərbaycanın büdcə vəsaitləri hesabına maliyyələşəcəyini vurğulayıb: “Əvvəlcə beynəlxalq ekspertlərin iştirakı ilə biz həm mənzil fonduna, həm tarixi, mədəni abidələrə, həm də ekologiyaya vurulmuş ziyanı qiymətləndirəcəyik. Fürsətdən istifadə edib, Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçı kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin”. Azad edilən ərazilərdə aparılan quruculuq işlərinin mühüm bir istiqamətini dağıntılara məruz qalan tarixi-memarlıq komplekslərinin bərpa və konservasiyası, bölgədəki bütün abidələrin aşkar edilərək qeydiyyata alınması üçün arxeoloji axtarış işlərinin aparılması təşkil edəcək.
Hər birimiz inanırıq ki, Dahi Liderin rəhbərliyi altında Azərbaycan xalqı və torpaqları çiçəklənməyə doğru gedəcək, dünyanın ən mədəni xalq olduğunu göstərəcək.
Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Tağı Tağıyev