Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzi olmuşdur

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzi olmuşdur Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər”

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzi olmuşdur.

Ümummilli lider Heydər Əliyev 1977-ci ildə Şuşa şəhərinin tarixi hissəsinin tarixi-memarlıq qoruğu elan edilməsi haqda qərar qəbul etdi. Bu qərara əsasən, Şuşada incəsənətimizin böyük simalarından olan Üzeyir Hacıbəyovun, Xurşudbanu Natəvanın və Bülbülün ev-muzeyləri yaradılmış, Molla Pənah Vaqifin məqbərəsi ucaldılmış, bir çox mədəniyyət və incəsənət xadimlərinin xatirələri əbədiləşdirilmişdir. Ulu öndər bu məsələyə həssaslıqla yanaşırdı. Şuşaya çox böyük sevgi bəsləyən Heydər Əliyev Şuşaya adi bir şəhər kimi baxmırdı. Heydər Əliyev üçün Şuşa şəhəri zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi idi.

1992-ci ilin may ayının 8-də Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildi. Mənfur düşmən tərəfindən Şuşadakı tarixi-mədəniyyət abidələri dağıdıldı, talan edildi. Bunların içərisində 279 dini, tarixi və mədəni abidə, 22 ümumtəhsil məktəb, 8 mədəniyyət evi, 20 kitabxana var idi. Xalq artisti Bülbülün heykəlinə, Xurşudbanu Natəvana məxsus evə, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə, Şuşa musiqi məktəbinə, dahi bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyinə, Aşağı və Yuxarı Gövhərağa, Mamayı, Saatlı məscidinə erməni vandalları tərəfindən zərər vuruldu.

2020-ci il noyabrın 8-də rəşadətli ordumuz qətiyyətli mübarizə göstərərək Şuşa şəhərini işğaldan azad etdi.Ordumuzun bu zəfəri ilə tarixi ədalət bərpa olundu.

Şəhidlər xiyabanında Şuşanın işğaldan azad edilməsi xəbərini xalqa çatdıran Prezident İlham Əliyev çıxışında bildirmişdi: “Şuşanın Azərbaycan tarixində xüsusi yeri var. Bu bizim qədim, tarixi şəhərimizdir. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, tarixi abidələrimizi dağıtdı, məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik. Bütün məscidləri bərpa edəcəyik. Yenə də 28 ildən sonra Şuşada azan səsi eşidiləcək. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Əziz Şuşa,sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Bu tarixi çıxış tezliklə ard-arda verilmiş sərəncamlarda əksini tapdı.

2021-ci il mayın 7-də Prezident Şuşa şəhərinin Azərbaycanın paytaxtı elan edilməsi ilə bağlı qərar qəbul etdi.

Zabrat qəsəbəsi, 75 nömrəli tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi Günel İbayeva

Oxşar xəbərlər