Aprelin 26-sı cənab Prezident Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra, daha güclü inkişafın təmin olunması mövzusuna həsr edilən 77-ci sessiyada iştirak və çıxış edib. Sessiyada Prezident bir sıra vacib məqamlara toxunub. Həmçinin, koronavirusa qarşı aparılan mübarizə tədbirlərində Azərbaycanın təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının çağırılması və vaksinlərin ədalətli bölgüsü ilə bağlı mühüm məsələlər danışılıb. Bunlarla yanaşı, Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğala məruz qoyması və digər vəhşilikləri barədə də məsələlər müzakirə olunub.
Cənab Prezident tədbirdə ermənilərin ekologiyamızı necə məhv etməsi, şəhər və kəndlərimizə qarşı soyqırım törətmələrini, 1992-ci ildə misli görülməmiş vandallıq nümayiş etdirərək 613 nəfər dinc əhalinin qətlini və amansız işgəncəsini, Xocalı faciəsinin 13 ölkə tərəfindən tanıdılmasını bir daha vurğulayıb. Müharibədən sonra mövcud səhifə bağlanılıb, yeni reallıqların icrası olacaq. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri baş tutacaq. Bütün bunlar cənab Prezidentin qətiyyəti və prinsipiallığını sübut edir.
Dilay İslamova -1 nömrəli Uşaq Somatik Sanatoriyasının baş həkim