Bildiyimiz kimi yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Hörmətli, Cənab Prezident İlham Əliyev keçən ilin yekunları ilə bağlı geniş, bütün sahələri əhatə edən nitq söyləyib. Dövlət başçısı ilk olaraq təbii ki, 44 günlük tarixi qələbəmizə, Vətən Müharibəsinə toxunaraq Ermənistanın biabırçı məğlubiyyəti ilə bağlı bir daha öz fikirlərini ictimaiyyətin diqqətinə çatdırıb. Dövlət başçısı Ermənistanın sülh prosesindən yayınaraq təxribatçı əməllərinə qarşı başladılan geniş əks-hücum əməliyyatlarından bəhs edərək 300 dən çox yaşayış məntəqəsinin hərbi yolla işğaldan azad olunmasını və bundan sonra Ermənistanın diz çokərək təslimçilik aktını imzalamasını bir daha bəyan edib. Həmçinin, təslimçilk aktını imzalayan Ermənistanın bir güllə atılmadan üç rayonumuzu təhvil verməsini də Cənab Prezident xüsusi olaraq qeyd edib.
Ölkə başçısı Parlament seçkilərini demokratiya istiqamətində atılmış növbəti ciddi addım kimi qiymətləndirdi. Nazirlər kabinetində rəhbərliyin dəyişdirilməsinə toxunan Cənab Prezident eyni zamanda aparılan geniş kadr islahatlarını da qeyd etdi. Bəli bu gün bütün sahələr üzrə respublikamızda geniş kadr islahatları aparılır. Bu islahatlar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Korrupsiya və rüşvətxorluğa qarşı aparılan ciddi mübarizəyə də toxunan ölkə başçısı, bunun da kadr islahatları ilə bağlı məsələ olduğunu qeyd etdi. Bir daha bəyan etdi ki, heç kim qanundan üstün deyil. Dövlət başçısı təbii ki, 2020-ci ilin bəlası sayılan koronovirusla mübarizə tədbirlərinə də toxunaraq qeyd etdi ki, görülən tədbirlər nəticəsində Azərbaycan bu sınaqdan şərəflə çıxdı. Bəli, Cənab Prezidentin çevik müdaxiləsi və göstərişləri əsasında yeni laboratoriyalar, modul xəstəxanalar yaradıldı, dərman ləvazimatları, müasir aparatlar alınaraq ölkəmizə gətirildi. Digər vaxtında atılan lazımi tədbirlər də koronovirusla mübarizədə öz töhvəsini verdi. Koronovirusun dünya ölkələrinin iqtisadiyyatına vurduğu ziyana toxunan Prezident Azərbaycanın digər ölkələrlə müqayisədə az itkilərlə çıxdığını diqqətə çatdırdı.
Hesab edirəm ki, dövlət başçımız İlham Əliyevin 2020- ci ilin yükunlarına həsr olunmuş nitqi bütün xalqımızın ürəyincədir, Azərbaycanımızın güclü sabahına inamın bir daha bariz nümunəsidir. Prezident qeyd etdiyi kimi, anti milli şuralar bu xalqı aldada bilməz. Xalq özünün böyük, dahi siyasətçisinə, fateh Ali Baş Komandanı İlham Əliyevə inanır və onu dəstəkləyir. Tanrı Prezidentimizi və ailəsini qorusun! 2021-ci il Azərbaycan üçün daha uğurlu və itkisiz olsun!
Nəsirova Nailə, Zabrat bələdiyyəsinin sədri