“Ötən gün Bakıda keçirilən hərbi paradda Azərbaycan və Türkiyə hərbiçilərinin birgə iştirakı işğalçı Ermənistana mesaj idi. Bu bir daha onu göstərdi ki, Azərbaycan və Türkiyə hər zaman bir yerdə olacaqlar”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
V.Əhmədov deyib ki, hərbi paradda Azərbaycan və Türkiyə qırıcılarının uçuşlar həyata keçirməsi dünyaya və Ermənistana mesaj oldu:
“Bununla biz bir daha sübut etdik ki, Azərbaycan və Türkiyə sonadək bir yerdədir. Yəni, işğalçı Ermənistanın torpaqları zəbt etməsinin mənası yoxdur. Biz gec-tez o torpaqları işğaldan azad edəcəyik. Nə qədər gec deyil, Ermənistan özü xoşluqca sülhə gəlsin”.
Deputat vurğulayıb ki, indi Azərbaycan ordusu ən müasir silahlar və hərbi texnikalarla təchiz olunub:
“Hər il dövlət büdcəsindən daha çox hərbi və müdafiə sahəsinə vəsait ayrılır. Həmin vəsaitlər hesabına ordumuz ən müasir və güclü hərbi texnikalara, silahlara yiyələnib. Cənab prezident ordu quruculuğuna böyük diqqət göstərir. Bu çox vacib amildir. Çünki BMT, ATƏT və digər beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasəti ilə bağlı qərarlar qəbul etsə də, həmin qərarlarına icrasına məhəl qoyulmur. İndi dünyada “kim güclüdürsə, o da haqlıdır” prinsipi işləyir. Azərbaycana qarşı ikili standrtlar mövcuddur. Bütün bunlara görə də Azərbaycanın güclü orduya malik olması şərtdir”.
V.Əhmədov qeyd edib ki, hələlik Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsinə ümid edir:
“Cənab prezident çalışır ki, münaqişə sülh yolu ilə həllini tapsın. Yəni, plansız müharibə etmək də mənasızdır. Belə olsaydı, o zaman indiyədək Fələstin qələbə qazanardı. Bütün bunları dəqiq ölçüb-biçib addımlar atmaq lazımdır. Cənab prezident də bu məqamı çox gözəl bilir”.