Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasında iştirakı və çıxışı Azərbaycan reallıqlarının və perspektivlərinin beynəlxalq auditoriyaya çatdırılması baxımından çox önəmli bir hadisədir. İstənilən beynəlxalq platforma, xüsusən də BMT kimi ali təşkilatın tribunası dünya gündəliyinə çıxarılan məsələ və problemlərin müzakirə imkanları baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət və hökumət başçılarının iştirakı ilə bu cür platformalarda aparılan müzakirələr imkan verir ki, əksəriyyətin qəbul etdiyi ortaq yanaşmaya nail olunsun, bu məqsədlə mümkün qərarlar verilsin. Həmçinin, Prezident İlham Əliyevin ölkəmizin üzv olmadığı bir regional birliyə aid Komissiyasının işinə dəvət alması faktının özü ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunu nümayiş etdirir. Bu, BMT kimi qlobal təşkilat tərəfindən Azərbaycanın geostrateji əhəmiyyətinin region və qitə səviyyələrini aşaraq bütövlükdə dünya üçün beynəlxalq əhəmiyyət kəsb etməsinin etirafıdır. Şübhəsiz, bu həm də öz-özlüyündə Azərbaycan Prezidenti tərəfindən aparılan ardıcıl və səmərəli siyasətin bəhrəsidir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq siyasətdə oynadığı rol, bölgədə apardığı konstruktiv siyasət və eləcə də ölkədə həyata keçirilən nəhəng bərpa-quruculuq işləri haqqında hərtərəfli dolğun məlumatlar verdi. Pandemiya ilə bağlı dövlətimizin beynəlxalq miqyasda və ölkə daxilində gördüyü tədbirlər haqqında məlumat verən Dövlətimizin başçısı bildirmişdir ki: “COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur. Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir”. Ancaq dünya üzrə COVID-19 pandemiyasının yaratdığı böhranlı fəsadların aradan qaldırılması vaksinlərin ədalətli bölgüsünü tələb etdiyi halda, hazırda fərqli mənzərə müşahidə olunur. Mövcud olan vaksinlərin 53 faizi yalnız 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Dövlətimizin başçısının “vaksin millətçiliyi” ilə bağlı söylədiyi fikirlər Azərbaycanın qlobal miqyaslı bir problemin aradan qaldırılmasında beynəlxalq ədalətə sadiqliyini və beynəlxalq həmrəyliyə nail olmaq səylərini nümayiş etdirdi. Şübhəsiz ki, vaksinlərin ölkələr arasında ədalətsiz bölgüsü qlobal təhdid yaradan tendensiyadır. Həmçinin qeyd
etmək lazımdır ki, vaksinlərə ədalətli paylanması uğrunda hərəkat da məhz Prezident İlham Əliyevin təşəbbüs və səyləri ilə başlanmışdır. Belə ki, BMT-nin İnsan Hüquqları Şurasında ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnamə yekdilliklə qəbul edilmişdi. Əlbəttə, indiki mürəkkəb geosiyasi vəziyyətdə proseslərin sonrakı məcrasını proqnozlaşdırmaq çətindir, lakin təşəbbüslərin özünün gündəmə gətirilməsi belə artıq Azərbaycana baxışı dəyişməkdədir. Buna görə də Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev indiki halda böyük güc və potensial sahibi olan Asiya və Sakit okean ölkələri qarşısında tarixi arayış və aydın yol xəritəsi qoydu. Dövlətimizin başçısı tədbir iştirakçılarının diqqətinə çatdır ki, Şərq və Qərbin ən sabit və təhlükəsiz bağı olan Cənubi Qafqazda cəmi 6 ay əvvələ qədər olan vəziyyətlə Azərbaycanın hal-hazırdakı yaratdığı reallığı müqayisə etmək imkanı yaratdı. İyirmi yeddi illik işğal, müharibə cinayətləri, insanlıq əleyhinə geniş vüsət almış əməllər, Ermənistanın qonşu dövlətlərə qarşı təcavüzkar ritorikası və daimi müharibə ehtimalının hökm sürdüyü bir şəraitin 2020-ci il noyabrın 10-dan etibarən münaqişəsiz, regional əməkdaşlığın təşviq edildiyini və kommunikasiyanın bərpa olunaraq genişləndiyi bir məcraya yönəlməsi Azərbaycanın yaratdığı reallığın mahiyyətini dərk edib dəstəkləmək üçün kifayətdir. Artıq Azərbaycan 6 ay öncə işğal altında qalmış torpaqlarını azad etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü güc yolu ilə icra etdi. Dövlətimiz Ermənistanı işğala son qoymağa məcbur edərək hüququn aliliyini təmin etdi. Bu mənada Azərbaycanın dünyadan gözləntisi və yeganə istəyi tarixi ədalətə, beynəlxalq hüquqa qarşı istisnasız hörmət göstərilməsidir, bu cür ali anlayışların və ümumbəşəri dəyərlərin siyasi maraqların güdazına verilməməsidir. Bu gün Ermənistanın 30 il boyunca davam etdirdiyi təcavüzkar və işğalçılıq siyasətinin Azərbaycana vurduğu mənəvi və maddi ziyanların miqyası hər kəsə bəllidir. İşğaldan azad olunmuş ərazilər erməni faşizminin şahididirlər. Prezident İlham Əliyevin çıxışında bildirdiyi kimi: “İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilmişdir. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılmışdır”.
Qeyd etmək lazımdır ki, hazırda ölkəmizin qarşısında dayanan əsas vəzifə Qarabağda dinc və sivil həyata təminat verən böyük quruculuq və yenidənqurma işləridir. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq. Eləcədə, tezliklə həyata keçirilməsi nəzərdə tutulan Zəngəzur dəhlizinin açılacağı barədə verilən anons da yalnız türk dünyasını yox, ümumilikdə Şərqlə Qərb arasında birbaşa bağlantını təmin edən vacib nəqliyyat həlqəsi kimi Asiya və Sakit Okean ölkələrinin maraqlarına uyğun olması şübhəsizdir. Dəhlizin fəaliyyətə başlaması ilə Naxçıvan blokadadan çıxacaq, Türkiyə ilə quru məsafəsi 400 kilometr qısalacaq. Bununla yanaşı, artıq Şərq-Qərb nəqliyyat dəhlizinə qoşulmaq perspektivləri yaranıb. Beləliklə, bu böyük layihə reallaşacağı təqdirdə, Azərbaycan
Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermiş olacaq. Bu mənada, müəyyən olunmuş prioritetlər Azərbaycanın dayanaqlı inkişafı ilə yanaşı, bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır.
Dosent Qurbanov Sultanəli Şükür oğlu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, YAP Səbail rayon “Pedaqoqlar” ərazi ilk partiya təşkilatının sədr müavini, F.r.e. namizədi