GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ YENİ DƏRS İLİ BAŞLADI

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ YENİ DƏRS İLİ BAŞLADI Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusifovdur.

Professor Yusif Yusifov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Professor Yusif Yusifov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Öz tarixi ənənələrinə sadiq qalan Gəncə Dövlət Universitetində 2020/2021-ci tədris ilinə uğurla başlanıldı. Əvvəlki illərdən fərqli olaraq pandemiya ilə bağlı yeni tədris ili böyük təntənə ilə müşaiyət olunmadı. Lakin buna baxmayaraq universitetdə bir canlanma hiss olunurdu. Bunun da əsas səbəbi universitetdə aparılan bir sıra yenilənmə oldu. Belə ki, universitetin korpuslarında bəzi yenidənqurma işləri aparılmış, texnika və avadanlıqların təzələnməsi işləri görülmüşdür. Bundan başqa uzun illərdən bəri istismara yararsız vəziyyətdə olan tələbə yataqxanaları əsaslı şəkildə təmir edilmiş və burada tələbələrin rahatlığı üçün bütün şərait yaradılmışdır.

Qeyd edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar universitetin tədris binalarında dezinfeksiya işləri də aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl etmək üçün pedaqoji kolektivin hər bir üzvünə nəzarət gücləndirilmişdir.

Məlum olduğu kimi pandemiya başlayan gündən digər təhsil ocaqları kimi Gəncə Dövlət Universitetində də təhsil online sisteminə keçmişdir.

Pandemiya səbəbindən tədrisin məsafədən təşkili istiqamətində yarana biləcək çətinliklərin qarşısını almaq məqsədilə bütün fakültələrdə professor-müəllim heyəti üçün “Microsoft Teams” paltformasından istifadəyə dair onlayn formada təlimlər təşkil olunmuşdur. Tələbə heyəti üçün platformadan istifadə üzrə təlimatlar hazırlanmışdır. Onlayn dərslərin texniki təminatı daha da təkmilləşdirilmişdir. Məsafədən təhsilin keyfiyyətli təşkili üçün lazımi şərait yaradılmışdır.

Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq universitetin beynəlxalq layihələrdə iştirakı, beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, ikili diplom proqramlarının miqyasının genişləndirilməsi yönündə bir sıra xarici ali təhsil müəsisələri ilə danışıqlar aparılıb, birgə layihələrin həyata keçirilməsi istiqamətində hazırlıq işlərinə başlanılıb.

Bütün bunlar yeni tədris ilində tələbələrimizin peşəkar mütəxəssislər kimi formalaşmasında, elmin sirlərinə yiyələnməsində mühüm rol oynayacaqdır.

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti rektor, professor Yusif Yusifovun rəhbərliyi ilə son dövrdə bu ali təhsil ocağında gedən quruculuq işlərini - müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.

Göründüyü kimi GDU-da inkişaf və fərqlilik göz qabağındadır. Daha yüksək nailiyyətlərə imza atmaq üçün rəhbərlik və pedaqoji heyət yorulmadan uğurlarının sayını daha da artırmağa çalışır. Gəncə Dövlət Universiteti illərlə qazandığı şərəfli şanlı ənənələrini saxlamaq və yaşatmaqla irəliləyir. Onu hələ qabaqda nə qədər gözəl işlər, yalnız və yalnız uğurlar gözləyir

Oxşar xəbərlər