İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib.

Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən “XV Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxış edir.

“Report”un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan lideri “XV Petersberq İqlim Dialoqu”nun ikinci gününə Almaniya Kansleri Olaf Şolts ilə birgə qatılıb.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir.

***

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır.

Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək.

Prezident İlham Əliyevin Almaniya Kansleri ilə həmin tədbirdə çıxışı gözlənilir.

Xatırladaq ki, dövlət başçısı aprelin 25-də Almaniyaya işgüzar səfər edib. Azərbaycan Prezidenti İlham Əliyevin səfər çərçivəsində Almaniya Prezidenti və Almaniyanın xarici işlər naziri ilə görüşü gözlənilir.

Oxşar xəbərlər