İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?

İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır? Qanla qidalanan ölümcül bakteriyalarla bağlı yeni bir araşdırma aparılıb.

Medicina.az xəbər verir ki, ABŞ-da aparılan bir araşdırma bəzi ölümcül bakteriyaların insan qanı ilə qidalandığını sübut edib.

ABŞ-ın Vaşinqton Dövlət Universitetinin alimləri qan dövranı infeksiyalarının əmələ gəlməsini araşdırarkən müəyyən ediblər ki, bəzi ölümcül bakteriyalar insan qanındakı kimyəvi maddələrdən birinə fokuslanaraq onunla qidalanır.

Tədqiqat rəhbəri Siena Qlenn “salmonella”, “escherichia coli” və “citrobacter koseri” adlı üç ölümcül qida bakteriyasının insan qanını hədəf aldığına diqqət çəkib. O, bu təkhüceyrəli mikroorqanizmlərin "vampir kimi" insan qanına meylli olduğunu söyləyib.

Bakteriyaların xüsusilə bağırsaq xəstəlikləri olan insanlarda həzm sistemindəki kəsiklər vasitəsilə qan dövranına daxil ola bildikləri qeyd olunub. Qlennin sözlərinə görə, onlar insan qanındakı maddəni bir dəqiqə kimi qısa müddətdə təsbit edə bilirlər.

Qlenn bakteriyaların qan mənbələrinə necə çatdığını tamamilə öyrəndikdən sonra uyğun dərmanların hazırlana biləcəyini və bu dərmanlar sayəsində xüsusilə qan dövranı infeksiyası riski olan insanları sağaltmağın mümkün olacağını vurğulayıb.

Qeyd edək ki, tədqiqatın nəticələri “eLife” elmi jurnalında dərc olunub.

Oxşar xəbərlər