ABŞ Suriyanın diktator rəhbəri Bəşər Əsədlə müttəfiqlik etməyəcək.
AZTB.info xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson bəyanat verib. Onun sözlərinə görə, Amerika Əsəd qüvvələrinə Suriyada dağılmış rayonların bərpasında kömək etmək niyyətində deyil.
“ABŞ, Avropa İttifaqı və Beynəlxalq Koalisiya Qüvvələri Suriyada İŞİD terrorçularından azad edilən və Bəşər Əsədin nəzarətində olan rayonların yenidən qurulmasında yardımçı olmayacaq. Ümumiyyətlə biz Əsəd rejimi hakimiyyətdə olduğu müddətcə Suriyaya heç bir yardım etməyəcəyik”, - deyə Reks Tillerson bildirib.
ABŞ rəsmisi əlavə edib ki, B.Əsəd rejimi hakimiyyəti təhvil versə, bu zaman Suriya dövlətinə istənilən yardım ediləcək: “Əsəd hakimiyyəti təhvil verdiyi gündən ABŞ Suriya dövlətinə hər bir sahədə yardım edəcək. İstər humanitar, istərsə də, hərbi baxımdan Suriya tam təmin ediləcək”.