Çeçenistan rəhbəri Ramzan Kadırov Suriya və İraqın qaynar nöqtələrindən qalan qadın və uşaqların qaytarılması ilə bağlı lazım olan köməkliyi göstərəcəyini bildirib.
“Ölkə.Az” xəbər verir ki, bu barədə o, jurnalistlərə verdiyi açıqlamada bildirib. R.Kadırov söz verib ki, döyüş meydanında qalan Rusiya vətəndaşlarına yardım edəcək. Onun sözlərinə görə, bazar ertəsi bir qrup rus Qrozniya gətirilib. Onların sayı 41 nəfərdir. Onlardan 12 nəfəri qadındır.
“Biz ötən gün 48 nəfəri Suriya və İraqdan gətirdik. Beləliklə onların sayı 89 nəfərə çatdı. Biz Suriya və İraqda qalan ruslara sona qədər yardım edəcəyik”, - deyə R.Kadırov bildirib.